Bu sənsən? Necə də dəyişilmisən

Bu sənsən? Necə də dəyişilmisən
Şeirlər - Hekayələr
10.09.2017 4
Getdiyin zamandan keçibdir illər
Daha ögəyləşib bizim bu əllər
Dolanıbdır aylar, ötüb fəsillər
Sən hansı üz ilə geri gəlmisən
Bu sənsən? Necə də dəyişilmisən

Məndən uzaqlarda gül tək solmusan
Keçən bu zamanda unudulmusan
İndiysə görürəm tənha qalmısan
Əllərin boş qalıb, yalnız gəzirsən
Bu sənsən? Necə də dəyişilmisən

Qovuşmaq bizimçün daha çox qəliz
Sən qəlbi daş oldun, bitdi sevgimiz
O vaxt özün dedin, 'gəl ayrılaq biz'
Mənim dəyərimi indi bilmisən?
Bu sənsən? Necə də dəyişilmisən

Bilmirəm nə oldu, bu eşqə doydun?
Bir günün içində məndən soyudun?
Necə ki sən məni yarıda qoydun
Bax indi özündə tərk edilmisən
Bu sənsən? Necə də dəyişilmisən


Bir gün xatirələr önünü kəsər
Yanıma qaçmağa ruhun tələsər
O köhnə adamdan qalmayıb əsər
Alçalıb qürurun, çox əzilmisən
Bu sənsən? Necə də dəyişilmisən

Müəllif: Rüfət Sabirliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!