Bir vuracaq qəlblərimiz

Bir vuracaq qəlblərimiz
Şeirlər - Hekayələr
10.09.2017 9
İndi solub diləklər də,
Solub getmiş çiçəklər tək.
Həsrət yüklü ürəklər də,
Həsrət dolu şəhərlər tək.

Artıq qara qış günüdür
Ürəyimin can evində.
Sənsiz hər yer boş kimidir
Keçmək bilmir günlərim də.

Ağrı bitmir, acı bitmir,
Sevinc gəlmir,kədər getmir
Gözlərin gözümdən itmir
Silinməyir izlərin də.

Nə olacaq bilinməyir
Əvvəlimiz sonumuz da.
Bəlkə də heç dayanmayıb
Vüsal bizim yolumuzda.

Gör nə idi niyyətimiz
Necə oldu qismətimiz.
Ayrı olsa da mənzillər
Bir vuracaq qəlblərimiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!