Yaşat məni

Yaşat məni
Şeirlər - Hekayələr
10.09.2017 2
Nəyi düşünürsən,de nəyi indi?
Axı,bu sevgidə günahkar kimdi?
Mənəmsə cəzamı çəkmişəm daha,
O köhnə xatirəm susmadı,dindi.
İndi tək qalmışam məni təkləmə.
İtirib sevinci,qəm aldım baha.
Bütün günahları mənə yükləmə
Onsuz da bu dünyada neçə-neçə səbəbsiz,
Günahını duymadan min bir əzab çəkən var.
Dərd əlindən qəddini,cavan ikən bükən var.
Vədəsiz bu həyatla,vidalaşıb köçən var.

Yaşat məni
İndi gəl açıq danış,axı kimdi günahkar.
Yaxşı,mənəm səninçün bağışlanmaz günahlı,suçlu,sevgisiz insan
Onda qaytar bir zaman səni mələk sandığım.
Eşqinə inandığım,sənə əmanət kimi verdiyim səadəti,o eşqi,məhəbbəti
Qaytar sonsuz,tükənməz ümüdlü arzuları.
Öz eşqindən dönməyən,əyilməyən vüqarı.
Qaytar mənim gözümdə hələ də heç solmayan ətirli,gül-çiçəkli ilk yazı,ilk baharı.
Qaytar mənim o çılğın,coşqulu gəncliyimi,
Bu həyatla çarpışan,vuruşan sərtliyimi.
Qaytar mənim mən adlı səndəki mənliyimi,
Qaytar sənlə yaşanan firəvan dincliyimi
Qaytar fani dünyada,səni səndən ziyada sevən ürəyi qaytar.
Qaytar Ulu Tanrı insan bəxş etdiyi o müqəddəs duyğunu,
Sevgi adlı pərini,nazlı mələyi qaytar.
Yox,qaytara bilməsən,onda məni dinlə, Sən

Yaşat məni
Ya gözümə görünmə,uğrama yollarıma,
Hey sürünə-sürünə gələn xəyallarıma.
Sevmirsənsə,qəlbindən biryolluq boşalt məni.
Mən sənin ürəyində bir qara ləkəyəmsə,razıyam sil at məni.
Yada unut hər şeyi,gec də olsa qayıt gəlş
Sənsiz qalan ömrümə,mübarək qədəminlə,qayıt!
Qayıt,yenə gəl!
Sən əbədi mənə gəl
Olaq bir sən,birdə mən,sevərək yaşat məni.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!