Dərd

Dərd
Şeirlər - Hekayələr
10.09.2017 5
- Bir dərdim var mənim. Talehim kimi qara, gözlərin kimi dərin, yoxluğun kimi iyrənc və hər gün daha da artan. Əslində.... çox dərdim var mənim...

Qəlbimdə alışan oda dönmüsən
Bir vaxtlar doğmaydın yada dönmüsən
Nə fərqi getmisən, ya da dönmüsən?
Gedişin bir dərtdi, qalışın bir dərd

Bu eşqin qədrini bilə bilmədin
Niyə çıxıb getdin, geri gəlmədin?
Mənlə danışmadın, deyib-gülmədin
Küsməyin bir dərtdi, barışın bir dərd

Mən səni yaşatdım hər bir anımda
Eşqin ruhumdaydı, eşqin canımda
İndiysə, sevgilim, mənim yanımda
Olmasan bir dərtdi, oluşun bir dərd

Mən heç dəyişmədim, həmin mənəmdə
Ömrüm davam edir kədərdə, qəmdə
Bir ürək misalı mənim sinəmdə
Durmağın bir dərtdi, vuruşun bir dərd

Müəllif: Rüfət Sabirliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!