Mən onu,O isə başqasın sevir.....!

Mən onu,O isə başqasın sevir.....!
Şeirlər - Hekayələr
10.09.2017 40
Məhəbbət adında,köhnə əsər var.
Həmin o əsərdə çoxlu kədər var.
Mənim ürəyim də,bircə nəfər var.
Mən onu,O isə başqasın sevir.


İçimdə boğuram bəzən hirsimi!
Gözləri kor olub görmür sevgimi.
İkimizdə sevirik,dəlilər kimi.
Mən onu,O isə başqasın sevir.


Sevgi xəstəlikdir,canı qurudur.
Deyirlər zamanla insan unudur.
Unuda bilmirəm,həqiqət budur.
Mən onu,O isə başqasın sevir.


Həmin o başqası,onu sevirmi?
Sevsədə mənim tək sevə bilirmi?
Sizcə bu,"ən ağır cəza"deyilmi?
Mən onu,O isə başqasın sevir.

Aşiqlər əzaba dözə bilirlər.
Ürək nə dedisə onu edirlər.
Buna qarşılıqsız,sevgi deyirlər.
Mən onu,O isə başqasın sevir.....!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!