Salam

Salam
Şeirlər - Hekayələr
10.09.2017 4
Salam versən,Salam verən,
Salam alsan,alır Salam,
Atəşkəsin ortasında,
Mütəşəkkil qalır Salam..

Bəndə namaz qıldığında,
Hər namazın sonluğunda,
Həzin səsin tonluğunda,
Rəhmət üçün,qılır Salam..

Pünhan olur,düşmən sana,
Can dediyin,qənim cana,
Bəzən eşq tək,hər bir yana,
Bəzən ox tək,dalır Salam…

Müqəddəsdir adı sanı,
Hər dildə var,onu tanı,
Dostluq üçün,qardaş qanı,
Kəsik ələ salır Salam..

Yad yerində olsan özün,
Deyərsən mi,küsüb-dözün,?
Kin yaratsa acı sözün,
Qəlbə eşqlə,dolur Salam..

Salam verən hər adama,
Salam cavab olur amma,
Cavab üçün hər Salama,
Və Əleyküm olur Salam..

Müəllif :Abdullazadə Orxanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!