Hardasan, harda?..

Hardasan, harda?..
Şeirlər - Hekayələr
10.09.2017 28
Hardasan harda Səhər dan yerindən çıxan günəşim,
Dağlar arxasından baxan günəşim,
Həsrəti qəlbimi sıxan günəşim,
Hardasan, harda?..

Söylə, alovlanıb yanan o ürək,
Söylə, məni günəş sanan o ürək,
Sonradan əhdini danan o ürək,
Hardasan, harda?..

Yoxsa duman olub göyəmi qalxdın,
Yoxsa gözlərimə son dəfə baxdın,
Payız yarpağı tək sudamı axdm,
Hardasan, harda?..

Mən xoşbəxt olsam da qəmsiz deyiləm,
Sənsizləmişəmsə sənsiz deyiləm,
Ürək telli sazdır, bəmsiz deyiləm,
Hardasan, harda?..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!