❤️♡♡♡♡♡ ❤️Dostum ❤️♡♡♡♡♡ ❤️

❤️♡♡♡♡♡ ❤️Dostum ❤️♡♡♡♡♡ ❤️
Şeirlər - Hekayələr
10.09.2017 25
❤️Hər nadan sözünə inanma, uyma,
Yaltağı, naqisi süfrənə qoyma,
Vəfalı sirdaşdan heç zaman doyma,
Doysan ürəyinə qəm düşər, dostum! ❤️

❤️Bir ala gözlünün selində axsan,
Gələcək arzuna ötəri baxsan,
Bu cavan çağında çox zilə qalxsan
Sonradan könlünə bəm düşər, dostum! ❤️

❤️Ölçüsüz bir xəncər sığarmı qına,
Səbirli ol, hər dostunu sən sına,
Dost yolunda gərək ürək də yana,
Köz üstə çaydana dəm düşər, dostum! ❤️

❤️Şirin bir arzunun eşqinə düşsən,
Çirkin xəyallarla tez-tez görüşsən,
Sanki bu dünyada o günü heçsən,
Ağlar kirpiyinə nəm düşər, dostum! ❤️

❤️Sevdiyin afətdən aralı qalsan,
Aylı gecələrdə xəyala dalsan,
Mələk kimi ürəyinə qəm salsan,
Onda saçlarına dən düşər, dostum❤️скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!