Mənim səhfim sevmək oldu

Mənim səhfim sevmək oldu
Şeirlər - Hekayələr
10.09.2017 9
Ürəyimdə qala qala vüsalına həsrət cəkdim,
Elə görən bir günümdən baxışını bir an sevdim,
Ah məhəbbət ah bu sevgi yollarında hey əridim,
Gözüm doldu,mənim səhfim sevmək oldu...

Mən nələri yaşayaraq nə sevdalar görmüş idim,
İndi qaldım iki yolda bilməyirəm hara gedim,
Bu dünyada bir ağrım var sevgi adlı xəstəliyim,
Qəlbə vurdu,mənim səhfim sevmək oldu.

Bacarmadım özlüyümlə əriyərək muma döndüm,
Yatmış idim röyamada mehman oldu gəldi gördüm,
Nə yan dura bildim nədə əllərimi ondan üzdüm,
Cismim dondu,mənim səhfim sevmək oldu.

Zalım imiş bu məhəbbət baxmadıki sağ soluma,
Demədiki ayıl oyan yağdı yağmurtək canıma,
Coxu gendən baxıb güldü,sözlər catdı qulağıma,
Buna noldu,mənim səhfim sevmək oldu.

Nə eyləyim pərvərdigar, əhf et mənim günahımı
Sən olmusan əzəl gündən yazan bəxti yığvalımı,
Cəzam neysə cəkəcəyəm hər nə olsa günahımı,
Dönmək yoxdu, mən səhfim sevmək oldu..

Müəllif: SEYMUR SÖNMƏZ PAŞAYEVскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!