Sənin qucağında ölməyə gəldim.

Sənin qucağında ölməyə gəldim.
Şeirlər - Hekayələr
10.09.2017 12
Sevgimin şəriki olmayan gözəl,
Səninlə dərdimi bölməyə gəldim.
Elvida sözünü deyib sonra da,
Saçına nərgizlər hörməyə gəldim.

Vüsalın köçkünüm, hicran məskənim,
Qİsmətim olubdur ayrılıq mənim,
Bir zaman üzündən öpərdim sənin,
İndisə gözündən öpməyə gəldim.

Sevgindən olmuşam ürəyi xəstə,
Ezrayıl dayanıb başımın üstə,
Sürünə-sürünə bu son nəfəsdə,
Sənin qucağında ölməyə gəldim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!