Nə sən sevgisiz qal, nə mən sevgisiz.

Nə sən sevgisiz qal, nə mən sevgisiz.
Şeirlər - Hekayələr
10.09.2017 41
Yenədə darıxdım sənsiz bu gecə,
Gözlərim önündə yenədə sənsən.
Elə istəyirəm yazam indicə
Bütün varlığınla ürəyimdəsən.
Səndən ayrılmağım mənə çox çətin
Elə bil baharda qışa düşmüşəm
Məni isidirmiş saf məhəbbətin
Indi his edirəm bərk üşümüşəm
Yuxuma gəlirsən hər gün hər gecə
Məni qəm qüssədən uzaq salırsan.
Bilsən darıxmışam sənsiz mən necə
Getmərsən ,ömürlük mənlə qalarsan
Həyatım bir anlıq sənsiz olmasın
Bölək məhəbbəti ikilikdə biz
Fələk canımızı tək tək almasın
Nə sən sevgisiz qal, nə mən sevgisiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!