Olaram

Olaram
Şeirlər - Hekayələr
10.09.2017 5
Mənə bir can deyənə , məndə ki canan olaram
Qəlbi atəşə salan, hüsnünə heyran olaram

Demə ki, dur aralı, isdəmirəm səni ey Yar
Uğrunda bil ki sənin, ey pəri qurban olaram

Qədəmin basdığın yerlərdə çiçək, güllər açar
Nə badə getmə uzaq, yoxsa nigaran olaram

Edirəm fìkri-xəyal, gecə-gündüz de, nə edim
Ya açan nur günəşin, ya boran-tufan olaram

Dedilər qəlbin ağlar, bir de görüm ki nə olub
Yetər ki "Hə" de mənə, dərdinə dərman olaram

Yazdığım hər sətirdə seni tapdım, Yar bunu bil
Mənə gəl naz eyləmə, qəlbinə fərman olaram

Sevgimiz olsa əgər, dilə əzbər qəmli əsər
Sən əsərin qəzəli, mən də tar-kaman olaramскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!