''Ana''...

''Ana''...
Şeirlər - Hekayələr
10.09.2017 20
Bu yükün daşını ata bilmirəm
Qaçıram mən sənə çata bilmirəm.
Özgə laylasına yata bilmirəm
O şirin laylana qurbanam ANA.
Ömrümün bağında güllər əkmisən
Əzablı,ağrılı yoldan keçmisən.
Mənimçün nə qədər əzab çəkmisən
Əzablı canına qurbanam ANA.
Həyata gözünü niyə bağladın
Ömür boyu ürəyini dağladın
Gecənidə,gündüzü də ağladın
Gözünün yaşına qurbanam ANA
Fələk dərdi yazdı alın yazına
Həsrət qaldın baharına,yazına
Vaxtsız dənlər düşdü qara saçına
Ağaran saçına qurbanam ANA.
Məni geyindirib yola salardın
Arxamca boylanıb qəmli baxardın
Baxışınla yandırardın-yaxardın
Qəmli baxışına qurbanam ANA.
Üzünün yerinə mən solmalıydım
Bəxtimə ölümü mən almalıydım
Məzarda sən deyil mən olmalıydım
Sənin baş daşına qurbanam ANA.

Müəllif Elxan Nurel NESO Ismayıllıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!