Başa düş məni...

Başa düş məni...
Şeirlər - Hekayələr
10.09.2017 31
Mən bəmdən ötürəm, sən zil çalırsan,
Mən dağdan deyirəm, sənsə arandan.
Mən Turan dərdimi açıram sənə,
Sən nağıl deyirsən mənə İrandan...
Qulağın eşidir, gözlərin görür,
Amma ürək yoxdu - daşdı, qayadı.
Mən söz danışıram, mənim sözlərim
Elə bil divara dəyib qayıdır...
Nə sevgi bilirsən, nə də gözəllik,
Bu gözəl dünyada yazıqsan, inan.
Bəzən bir otaqda, bir dam altında,
Sən məndən nə qədər uzaqsan, inan...
Bəzən söz anlayan dost tapmaq üçün
İnsanlar min dağa-daşa düşürlər.
Səadət, xoşbəxtlik elə odur ki,
Səni bu dünyada başa düşürlər...

Baba Vəziroğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!