"Ta əzəldən bil mənim "

Şeirlər - Hekayələr
10.09.2017 10
Ta əzəldən bil mənim könlümdə Sultandır Əli,
Həm əlif, həm nüqteyi, həm hərfi Qurandır Əli.
Bağladı ifritə divan dəstini Gəhvarədə,
Həm duran ərşin yolunda şiri-Yəzdandır Əli.
Bir nəzər qıldı Mədinədən şəhi-düldül-səvar,
Asi yabanlara bek şəbbürdə kəşandır Əli.
Museyi-İmran həmodur, Yusifi kənan həm,
Həm Xəlilin narinə dəfi-gülüstandır Əli.
İsmi Heydər şahi-Qəmbər gör nəsiriçün dedi:
Yetmiş iki narə qıldı dedi sübhandır Əli.
Həm qopartdı qopusini Xeybərin oldəmdəkim,
Həm olan ruh ilə minə pirüxəndandır Əli.
Ol Mühəmməd Mustafadur, həm kilidi cənnəti,
Saqeyi kosər həm odur cümleyi-candır Əli.
Şah Həsən xəl qirizadır, həm Hüseyni Kərbəla,
Həm diniiz haredən, həm kəşfi pünhandır Əli.
Həm Mühəmməd Baqir, Həm Cəfər Sadiqideyim,
Həm həqiqət Kəbəsi, həm qibleyi-imandır Əli.
Kazim ol sultan Əli, Musa Rzadır cümlədə,
Kəşfi-ərbabi-vilayət, nuri-rəhmandur Əli.
Şah Təqidir bu cahan, mülkünə sultan bu Nəqi,
Həm vilayət şəhridir, həm bəhri-ümmandır Əli.
Həm Mühəmməd Mehdi Sahib Zaman oldur tamam,
Həm Məsihanındəmi, həm Xizri dövrandır Əli.
Həm görən, həm göstərən nizə səkan və həm kaman,
Həm xəvaric gözlərin ətiri-peykandır Əli.
Həm kəvakib, həm qəmər, həm afitabi-xavəri,
İsmi rəsmi, fövqi təhti, mədəni-kandır Əli.
Bu Nəsimi məddahı Heydər, qulami-Heydəri,
Zülfüqari xarici boynunda bürrandır Əli.

İmadəddin Nəsimiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!