Tapar məni

Tapar məni
Şeirlər - Hekayələr
10.09.2017 4
Hara getsəm, harda olsam
Qismət gəlib tapar məni.
Alovlanan dan yerinin
Təndirinə yapar məni.
O – günəşdir, mən səmayam,
O – dənizdir, mən – bir çayam.
Sanar lalə toxumuyam,
Yer üzünə səpər məni.
Mənə şair balam deyər,
Vəsf eləyər, oxşar, öyər,
Kirpiyilə çalar, döyər,
Gözlərilə öpər məni.
Səadətim ağ ovcunda,
Canım saçının ucunda.
İki əsrin ayrıcında
Gözləyir bir çapar məni.
Əzrayılın işi düyün,
Vurğunuyam mən gülümün.
Bir baxışı min ölümün
Caynağından qapar məni.
Mən məhəbbət məbədiyəm,
Xalqım kimi əbədiyəm.
Bu gün itirsələr, nə qəm,
Sabah xalqım tapar məni.

Xəlil Rza Ulutürkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!