Sənsiz

Sənsiz
Şeirlər - Hekayələr
10.09.2017 2
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim hədər getdi, o saət sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı könül, yox daha taqət sənsiz!

Özgə bir yarı necə axtarım, ey nazlı sənəm,
Bilirəm sən də dedin: Yox yara hacət sənsiz!

Sən mənim qəlbimə hakim,Sənə qul oldu könül,
Sən əzizsən, mən üçün, Mən heçəm, afət, sənsiz.

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayib olmadı rahat, sənsiz.


Nizami Gəncəviскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!