Ana ürəyi

Ana ürəyi
Şeirlər - Hekayələr
10.09.2017 11
Laylası qəlbitək təmizdir onun,
Ən zərif duyğudu, ana ürəyi
Gözləri Günəştək saçar hər zaman,
bir şirin yuxudu,ana ürəyi.

Onun hər sözündə bir kəlam vardır,
Savabı,hikməti qatar-qatardı,
Oğulçün hər zaman namusdu,ardı,
Övladçün arzudu,ana ürəyi.

Dən düşmüş saçının telinə qurban,
Övaldçün bükülən belinə qurban,
Getdiyin izinə,yoluna qurban,
İstəkdi,umuddu,ana ürəyi.

Hər şeyə o dözdü namus,ad üçün,
Adı müqəddəsdi hətta yad üçün,
Cisminin parçası bir övlad üçün,
Sevinci unutdu,ana ürəyi.

"Dünyada ən gözəl üz" deyilmişdir
"Ana müqəddəsdi" düz deyilmişdir
Analar haqda çox söz deyilmişdir,
Rəbb yolunu tutdu,ana ürəyi.

Nə yaxşı analar var bu dünyada,
Övladlar baş əymir özgəyə,yada,
Gəlin,biz baş əyək şərəfli ada,
Düşmənçün barıtdı ,ana ürəyi,

Qəm verən varmıdır saçda dən kimi?
Dərd çəkən varmıdır görən sən kimi?
Dağları qoruyan duman,çən kimi,
Ağappaq buluddu,ana ürəyi.

Sevgidə zərifdi,duyğuda incə,
Bir nəğmə süzülür ana deyincə,
Deyəcək bunları şair ölüncə,
Nəğməli bir uddu,ana ürəyскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!