Sən elə bilirsən

Sən elə bilirsən
Şeirlər - Hekayələr
10.09.2017 11
Sən elə bilirsən sevirsən məni,
Bəlkə də sevirsən öz aləmində…
Sevirsən qəfəsə düşən quş kimi,
Sıxırsan qəlbimi qüssə-qəmində.

Sevirsən ölümlü məhəbbət ilə…
Bir oxun ürəyi sevdiyi kimi.
Günəşin səhranı, tikanın gülü,
Bıçağın kürəyi sevdiyi kimi.

Donuram mən sənin buz əllərində,
Sevgisə – şəfəqdir, nurdur, həyatdır!
Sevirsən? Yox, buna “məhəbbət” demə,
Qaranlıq, xəyanət bu hissə yaddır!

Oyatma qəlbimin səssizliyini,
Bir daha aldanmaq istəmir ürək!
Sən elə bilirsən sevirsən məni,
Bəlkə də sevirsən… öz bildiyintək…

Afaq Şıxlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!