...ÖMRÜMə... - Əhəd Əhədli

...ÖMRÜMə... - Əhəd Əhədli
Şeirlər - Hekayələr
10.09.2017 22
Elə darıxmışam səndən ötəri..
Elə göynəyir ki, ucu burnumun...
Hər an düşünürəm bir təkcə səni...
Çıxaydın üstünə kaş ki, yolumun...
...
Beş dəyqə gülüşün görsəm bəs edər,
Bir neçə kəlməni eşitsəm yetər...
Bir neçə an ilə demə nolacaq?!...
Bircə an bir ömür mənə.bəs edər...
...
Gecələr yuxumdan kabuslar itər
Həsrətin azacıq azalar, bitər...
Mənim bu halıma üzülüb etmə...
Səni xoşbəxt görmək mənə bəs edər..
..
Bilim ki, sıxıntın, dərdin qalmayıb,
Bilim ki, qəlbində kədər qalmayıb...
Çəkdiyim əzabı heçə sayaram...
Səninçün hər şeyə mən qatlaşaram..
..
Sənə hər şeyimsən demirəm hədər,
Səni düşünürəm hər axşam səhər...
Bilsəm xoşbəxtliyin hardadı əgər...
Sənin xoşbəxtliyin arar gəzərəm...
...
Büsbütün ömrümü heçə sayaram,
Ömrümü ömrünə fəda edərəm...
Baxma həsrətindən bəzən ağlaram..
İnan gözyaşıma dayan deyərəm...
...
Anla,Can, sevirəm səni büsbütün,
Səni düşünərək keçir hər günüm...
Hələ də içimdə kiçik bir ümid....
-"Keçəcək səninlə tamamən ömrüm"
-"Bitəcək səninlə birgə bu ömrüm"

Müəllif : Əhəd Əhədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!