Gənc anaların həyatı əslində belədir - fotolar

Gənc anaların həyatı əslində belədir - fotolar
Yazılı Şəkillər
10.09.2017 58
Sosial şəbəkələrdə gənc anaların paylaşdığı şirin uşaq fotolarına baxan qızlar, bəzən hətta oğlanlar da adətən belə şərh verirlər: "Adamı evlənməyə həvəsləndirirsiniz”, "Ayy... adam lap istəyir bu uşaqlardan 5-6-nı dünyaya gətirsin”, "Mən də istəyirəm...”.

Amma uşaq böyütməyin nə demək olduğunu bilməyən bu xəyalpərəst qızlar əsl reallıqdan xəbərsizdirlər. O fotoların arxasında nələrin dayandığını bilmirlər. Birdəfəlik yadda saxlamaq lazımdır ki, insanlar ancaq xoşbəxt anlarını çəkib paylaşırlar. Özü də bir xeyli şişirdərək...

 

Bəs bu uşağın yatmayıb səhərəcən ağlamağı, 5 dəqiqə əvvəl yığışdırılmış otağı alt-üst etməyi, ananın 1 dəqiqə boş vaxtınının olmaması... Bütün bunları görmək üçün reallıqlarla üzləşmək lazımdır, İnstaqram fotolarına baxıb "like” etmək yox.

ABŞ-ın Texas şəhərindən olan peşəkar fotoqraf Anna Angenend gənc ananın gündəlik həyatının görünməyən tərəflərini ironik şəkildə işləyib. Onun dediyinə görə məqsədi gənc anaların həyatlarının heç də sadə və asan olmadığını göstərməkdir.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!