Anamın ayaqqabıları bir az ayağıma böyükdü... - fotolar

Anamın ayaqqabıları bir az ayağıma böyükdü... - fotolar
Yazılı Şəkillər
10.09.2017 20
Ana evdə yoxkən onun qarderobunu qarışdırmaq, pomadısını üzünə bulaşdıra-bulaşdıra sürtmək, paltarlarını geyinmək, sırğalarını taxmaq, dikdaban ayaqqabılarını geyinib aşa-aşa gəzməyə çalışmaq... Bunları demək olar ki, bütün qadınlar uşaq vaxtı etmişlərdir. Çünki uşaqkən tez böyüməyə çalışırıq. Hətta tez-tez ata-anamızdan soruşuruq: "Mən nə vaxt böyüyəcəm? Mənim niyə dikdaban ayaqqabılarm yoxdu? ” "Mən də böyüyüb çoxlu pul qazanacam, özümə çoxlu belə ayaqqabılar alacam!”



Bəzən isə qız uşaqları dikdaban ayaqqabıları böyümək üçün yox, sırf atasının sevgisini qazanmaq, diqqətini çəkmək üçün anası kimi geyinməyə çalışarlar. Ananı bir rəqib kimi görərlər.



Ən təhlükəlisi isə ana evdə ikən onun dikdaban ayaqqabılarını geyinməkdi. Evdə dərhal qovalamaca başlayır; "Çıxar o ayaqqabıları, dabanlarını qıracaqsan!" və ya " Çıxar o ayaqqabıları, yoxsa belini qıracaqsan!”



Əslində indiki qız uşaqları şanslıdır, çünki onlar üçün ayaq formasını pozmayan kiçik dikdaban ayaqqabılar istehsal edilir. Ama yenə də gözləri analarının ayaqqabılarında qalır.



Qeyd edək ki, qız uşaqlarının dikdaban ayaqqabı sevgisini əks etdirən heykəl də qoyulmuşdur.



Qadınlar.biz sizlərə anasının dikdaban ayaqqabılarını geyinmiş, bir-birindən şirin qız uşaqlarının şəkillərini təqdim edir.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!