İncəsənət bu pilləkənlərdə

İncəsənət bu pilləkənlərdə
Yazılı Şəkillər
10.09.2017 54
San-Fransisko şəhəri günəşli günlərinin çoxluğu, parlaq boyaları və yüksək əhval-ruhiyyəsi ilə seçilir. Onun qeyri-adi həyat eşqi demək olar ki, şəhərin bütün hissələrində özünü göstərir. Rəngli mozaika ilə döşənmiş pilləkən isə turistlərin sevimli məkanlarından biridir.



2003-cü ildə "San Francisco Parks Trust” təşkilatı 163 pillədən ibarət pilləkənin rəngli mozaika ilə bəzədilməsi layihəsini maliyyələşdirməyə qərar verdi. Mozaikanın parçaları şəhərin bütün hissələrindən toplanıb. Pilləkənin mozaika ilə bəzədilməsi isə 6 ay ərzində tamamlanıb.



Qeyd edək ki, pilləkəndə təsvir olunan mozaika hər hansı mücərrəd şəkil deyil, ümumi süjetdir. Pilləkənin ilk pillələrində sualtı dünyanı, balıq və tısbağaları, son pillələrində isə Ay və Günəş təsvirlərini görmək mümkündür.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!