Uels-də unikal kitab şəhərciyi

Uels-də unikal kitab şəhərciyi
Yazılı Şəkillər
10.09.2017 35
Uelsdə yerləşən Hay-on-Wye şəhərciyi kitab ticarətinin mərkəzlərindən
biri hesab edilir. İngiltərə və Uels sərhəddində yerləşən bu şəhərcikdə
yarım min insan yaşayır.
Hər şey 1961-ci ildə, yerli sakinlərdən biri olan Richard Booth-un
ilk bukinist piştaxtasını açması ilə başlayır. O bir neçə tanışını ABŞ-a
göndərir və onlar da öz növbəsində oradan çoxlu sayda ikinci əl
kitablar alaraq geri dönürlər. Zamanla cənab Booth-un şöhrəti bütün
dünyaya yayılır və artıq bir çox kitabxanalar özləri ona kitab
göndərməyə başlayır. 1970-ci ildə bu şəhərcik bütün dünyada kitab şəhəri
kimi tanınmağa başlayır. Hazırda şəhərdə 40-a yaxın köhnə kitab
mağazası fəaliyyət göstərir və bir il ərzində buranı təxminən yarım
milyon turist ziyarət edir.





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!