Just for girl

Just for girl
Yazılı Şəkillər
10.09.2017 103
1. Kökəlməyə qoymur
Yarım saatlıq yataq otağı keyfi 200-250 kalori atmağınıza səbəb olur. Hər gün sekslə məşğul olaraq formanızı qoruya bilərsiniz.
2. Ürək-damar xəstəliklərindən qoruyur
"Belfast Queen’s” universitetinin 1000 insan arasında apardığı tədqiqatlar göstərir ki, həftədə üç dəfə və daha çox cinsi əlaqəyə girən insanların infarkt keçirmə riski yarı-yarıya azalır.
3. İflic olma riskini azladır
Seks həm qadınların, həm də kişilərin iflic olma riskini azaldır.
4. Yuxusuzluqdan əziyyət çəkmirsiniz
Cinsi əlaqə zamanı istehsal olunan "təbii morfi” ləqəbli endorfin hormonları bədəni rahatlaşdırır. İnsanı sakitləşdirən hormonlar sayəsində şirin yuxuya getmək asanlaşır.
5. Qoxu alma qabilliyyətiniz artır
Orqazm zamanı istehsal olunan prolaktin hormonu beynin qoxu alma mərkəzinə siqnal göndərir. Nəticədə davamlı olaraq sekslə məşğul olan insanların qoxu alma qabiliyyəti yaxşılaşır.
6. Qocalmağa qoymur
Bütün dünyada məşhur, Amerikada işləyən türkiyəli həkim Mehmet Öz seksin qocalmanın qarşısını aldığını deyir. Onun sözlərinə görə, ildə 100 dəfə sekslə məşğul olan qadın və kişilər daha gec qocalırlar. Onların dərisi parlaq və cavan qalır.
7. İmmuniteti gücləndirir
Araşdırmalar göstərir ki, həftədə iki dəfə sekslə məşğul olmaq immuniteti 30 faizdən çox qüvvətləndirir. Ona görə də sekslə məşğul olan insanlar xəstəliklərə daha az yaxalanırlar.
8. Ağrını aradan qaldırır
Bir çox qadın "başım ağrayır” bəhanəsi ilə partnyorun sekslə məşğul olmaq təklifinə yox cavabı verir. Ancaq mütəxəssislər qadınların bu yalanını ortaya çıxarıblar. Məlum olub ki, seks ağrını aradan qaldırmaq xüsusiyyətinə malikdir. Çünki cinsi əlaqə və orqazm qadınlarda endorfin hormonunun səviyyəsinin artmasına və beləliklə də ağrıların aradan qalxmasına səbəb olur.
Əgər qadın təmin olarsa, baş ağrısı və miqren ağrıları yox olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!