“Nizami” dünyanın ən gözəl metroları siyahısında - fotolar

“Nizami” dünyanın ən gözəl metroları siyahısında - fotolar
Yazılı Şəkillər
10.09.2017 24
Bakıdakı "Nizami” metrostansiyası dünyanın ən gözəl metroları siyahısına düşüb.



Bu haqda məlumatı "Vesti Kavkaza” saytı dərc edib. Həmin məlumatda deyilir ki, "Nizami” metrosu TOP 5-likdə qərarlaşıb.



İlk yerdə Tayvanda yerləşən "Formoza Bulvarı” stansiyasıdır. 4500 metrlik mozaika formasında hazırlanan şüşələrlə bəzədilib. Dünyanın ən nəhəng şüşə işləməsi hesab olunur. Gözəlliyi ilə seçilən stansiya yeni evlənənlərin və turistlərin əsas məkanıdır.



İkinci yerdə İtaliyanın Neapol şəhərində "Taledo” metrostansiyası gəlir. Buranı gözəlləşdirən işıq panelləridir. Bu həmçinin dünyanın ən dərin stansiyalarından hesab olunur.



Daha sonra ABŞ-ın Nyu-York şəhərində "Mərkəzi Vağzal” stansiyası qərarlaşıb. "Ginnes rekordlar kitabı”na da düşən stansiya Nyu-Yorkun rəmzi hesab olunur.



Rusiyanın paytaxtı Moskvadakı "Komsomolskaya” metrostansiyası da ən gözəl metrolardan hesab olunur.



TOP beşliyi isə Azərbaycanın paytaxtı Bakı şəhərində olan "Nizami” metrostansiyası tamamlayır. Metronun bəzədilməsində milli ədəbiyyat nümunələri qəhrəmanlarının  təsvirlərindən istifadə olunub.



Parisdəki "Arts Et Métiers”, Dubaydakı "Xalid Bin Əl Valid”, Münhendəki "Vestfridhof”, Madriddəki "Atoça”, Stokholmdakı "Stadion” da gözəllər siyahısındadır.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!