Tərcümə olunmayan sözlər - fotolar

Tərcümə olunmayan sözlər - fotolar
Yazılı Şəkillər
10.09.2017 37
Hər
dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas
xüsusi sözləri olur ki, digər dillərə bir sözlə tərcüməsi mümkün olmur.
Belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza
maraqlıdı. İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər
illustrasiyasına daha yaxından baxmağa məcbur edən İngilis illustrator
Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, «Untranslatable
words» proyekti çərçivəsində belə sözləri illustrasiyalarda
canlandırıb. 





Duende (ispanca) — Bir sənət əsərinin insana dərindən təsir etmə gücü.





Baku-shan (yaponca) - Gözəl qız, ancaq arxadan baxdığınızda.



  

Schadenfreude (almanca) — Başqalarının bədbəxliklərini görməkdən doğan məmnuniyyət.





Pålegg (norveçcə) — Bir dilim çörəyin üstünə yerləşə biləcək hər şey.





Torschlusspanik (almanca) — «Bağlanan qapı qorxusu» və ya, yaş ötdükcə əldən çıxan fürsətlərə duyulan qorxu.



 

Kyoikumama (yaponca) — Övladına dərslərində uğurlu olması üçün amansızca yüklənən ana.





Age-Otori (yaponca) — Saç kəsimi sonrası əvvəlkindən daha bərbad görünmək. 



 

Schlimazl (Yiddiş dili) — Davamlı uğursuzluğa uğrayan şəxs.



 

Gufra (ərəbcə) - Bir ovuca sığa biləcək suyun miqdarı.



 

Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!