Təbiətin qeyri adi möcüzələri - fotolar

Təbiətin qeyri adi möcüzələri - fotolar
Yazılı Şəkillər
10.09.2017 89
Dünyanın
fərqli yerlərində qarşımıza çıxan, göz aldadıcı anlar milyonlarla yerli
və xarici turistləri ətrafına cəlb etməyi bacarır. Bir ağac ya da bir
qaya bəzən çox fərqli görünüşü ilə cəlb edici olur.



Dünyada
bu cür göz oxşayan qeyri adi yerlər həddindən artıq çoxdur. Yerli və
xarici turistlərin hər zaman ziyarət etdiyi bu yerlər göz oxşayır.
 Qadınlar.biz sizin üçün dünyanın ən maraqlı və qeyri adi təbiət
görüntülərini təqdim edir



1. Moeraki boulders, Yeni Zelandiya



Dəniz
sahilindəki yumru nəhəng topu xatırladan Moeraki boulders yəni Moeraki
qayaları yer üzündə görə biləcəyiniz ən maraqlı qayalardır. Qayalıqlar
sevimli görünə bilər amma olduqca ağırdır. Ən ağır qayalıq 40 ton. Orta
hesabla 1 qayalıq 3 metrə yaxındır . Dəniz geri çəkildikdə qayalıqlar
daha aydın şəkildə görünür. Kimi zaman da dəniz yüksəlir və qayalıqları
görmək çətin bir hal alır.



2. Baobab ağacı, Madaqaskar



Şərqi
Afrika ölkəsi Madaqaskarda filmlərə və nağıllara mövzu olan baobab
ağaclarını yəqinki çoxlarınız xatırlayır. Bu ağacların gövdələri çox
geniş olur və ağacın içini ovaraq kiçik otaqlar belə hazırlanır. Boyu
9-10 metr olan bu ağacların gövdəsi 23 metrdir. Çəllək formasındakı
geniş gövdələrin üzərində də ağacın budaqları var.



3. Antilop Kanyonu, Arizona 



Arizonanın
dillərə dastan olan kanyonu haqqında bilməyənlər yoxdur. Maraqlı
rənglərlə diqqət çəkən. Antilop Kanyonu erezoziya nəticəsində sel
daşqınlar nəticəsində yaranıb. Navajo bölgəsində olan bu kanyon dünyanın
ən çox ziyarət edilən kanyonlar sırasında ilk yerlərdədir.



4. Daş ağac, Bolivia



Bu
qaya daş "Arbol piedra" həqiqətən də ilk baxışda bir ağacı xatırladır.
Ancaq yerli və xarici türistləri çaşdıran qaya parçası ilk görənlərin
heyrətinə səbəb olur. Bu qayanın qüvvətli küləklərin təsiri nəticəsində
yarandığı bildirilir.



5. Banyan Ağacı, Hindistan



Banyan
ağacı sizə bu günə qədər gördüyünüz bütün ağacları unutduracaq bir
gözəlliyə malikdir. Uzaqdan baxdığınızda bir meşə gördüyünüzü düşünə
bilərsiniz ancaq yaxınlaşdıqca bu görünüşü tək bir ağacın ərsəyə
gətirdiyini görürsünüz. Bu ağacın hər budağı yerə kök salır və böyüyür.
Meşə qoruğu ərazisində olan ağacın 320 dənə qalın, 3 min dənə incə
gövdəsi var. Banyan ağacı, 7 min adamın altında istirahət edə biləcəyi
ağacdır.



6. Hoba Meteorit, Namibiya



60
ton ağırlığındakı bu nəhəng daş bu gün dünyanın ən böyük meteorit
daşıdır. Bu daş xüsusi olaraq düşdü yüyerdə sərgilənir. Yaşının 200-400
milyon il arasında olduğu bildirilir meteoritin 80 min il əvvəl yer
kürəsinə düşdüyü bildirilir. 1955-ci ildən bu yana milli abidə olaraq
təsdiq edilib.



7. Dragon Ağacı, Socotra adası



Adada
baş verən quraqlıq təbiət hadisəsindən sonra maraqlı bir bitkilər əmələ
gəlib. Burada görəcəyiniz ən maraqlı bitki örtüyü isə dragon tree
əjdaha ağacı mənasını bildirir. Qəribə görünüşlü bir çətiri xatırladan
ağacın gövdəsi qırmızıdır. İnanclara görə köhnə zamanlarda əjdaha
qanından qidalandığı bildirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!