Yumurta ilə təbəssüm bəxş edin - fotolar

Yumurta ilə təbəssüm bəxş edin - fotolar
Yazılı Şəkillər
10.09.2017 19
Yumurta
insan orqanizmi üçün çox faydalıdır. Onun kalori dəyəri aşağı
olduğundan pəhriz saxlayanların sevimli qidasıdır. Faydalarını saymaqla
bitməyən yumurtada 80 kalori vardır və bunun yüzdə 80 ni sarısındadır.
O, yeganə məhsuldur ki, orqanizm tərəfindən 97-98% mənimsənilir.



Yumurta
yeməyi sevənlər onu yeməzdən əvvəl mütləq bəzi qaydalara riayət
etməlidirlər. Yadınızda saxlayın ki, soyuducuda bir həftə saxladığınız
yumurta, otaq istiliyində bir gün qalan yumurtadan daha təzə sayılır.



Təzə
yumurta qırıldığında yumurtanın ağı sarısına qarışmamalıdır. Əgər
yumurtanın qırdığınız anda yayılaraq sarısıyla ağı bir-birinə qarışırsa
deməli o, boyatlayıb, həmin yumurtanı istifadə etmək olmaz.



Səhərlər
süfrənizi, kekslərinizi və şirniyyatlarınızı bəzəyən , yumurta
balacadan-böyüyə hər kəsin asanlıqla bişirib yediyi təam olduğu hər kəsə
məlumdur. İşə tələsəndə yaxud da evə ac gəldikdə, yeməyə nəsə
tapmayanlar çıxış yolunu yumurta qayğanaq edib yeməkdə görür. 



Balacaları
sevindirmək üçün analar hər zaman yeməklərə fərqli bir dizayn verir.
Çünki uşaqlar yeməyin görünüşünü nə qədər çox bəyənsələr onu daha iştaha
ilə yeyirlər. 

Qadınlar.biz yumurtaya daha gözəl görüntü vermək üçün aşağıdakı şəkillərdən yararlanmağı məsləhət görür.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!