Dünyanın ən nadir - FOTOLARI

Dünyanın ən nadir - FOTOLARI
Yazılı Şəkillər
10.09.2017 31
Maraqlı
fotolar bizə yalnız keçmişi xatırlatmır. Onlar həm də ötən əsrlərdən
indiki nəsillərə "xəbər”, "informasiya” çatdırır. Elə şəkillər var ki,
onlar bir anı əks etdirsələr də, əslində tarixdirlər, ilkdirlər, birinci
hadisələr, unikal görüntülərdir.

 

1989-cu il Rumıniya tarixinə diktator Nikolay Çauşeskinin devrilməsi kimi düşdü.

Onun
arvadı hər həftə saçlarını düzəltdirmək üçün Parisə uçurdu. Qadının
itinin şəxsi avtomobili vardı. Çauşeskinin özünün 21 sarayı və 40
villası vardı.

Xalq isə aclıq çəkirdi. Dekabrın 25-də onu güllələdilər. Bu foto diktatorun həyatının son anlarını əks etdirir.

 

Radioya
qulaq asmaq, xəbərləri və ya musiqiləri dinləmək indi hamımız üçün
asandır. Sən demə bir zamanlar radioşlyapalar varmış… 1931-ci ildə
ABŞ-da çəkilmiş bu fotoda bəzi amerikalıların radionu öz şlyapalarında
gəzdirmələri əks olunur.

 

Fotoda
gördüyünüz beş kişinin əyləşdiyi, üzərinə "Vacuum Cleaner” sözləri
yazılmış qara avtomobil dünyanın ilk tozsoranıdır. Foto ötən əsrin 20-ci
illərində çəkilib. 

 

Boz
bulanıq fotoda gördüyümüz gənc oğlan dünyanın ilk selfisini çəkib. Bu,
Robert Korneliusdur. O, şelfini Filadelfiyada, 1839-cu  ildə çəkib.

 

Fotoda
gördüyümüz böyük "xizək” əslində qarmobildir. Qarmobili rusiyalı
aviakonstruktor, filosof və alim 1910-cu ildə İqor İvanoviç Sikorskiy
icad edib.

 

Əlində
blanka oxşayan vərəqlər tutmuş Artur Uin 1913-cü ilin 21 dekabrında "New
York World” qəzetində dünyanın ilk krossvordunu hazırlamaqla tarixə
düşüb.

 

1931-ci
ildə Moskvada (Arbatda) çəkilmiş boz-bulanıq fotoda bir neçə şəxsin yük
maşınına çənlər yüklədiyi görünür. Bu, SSRİ-dəki ilk benzindoldurma
məntəqəsi idi.

 

Dənizdə
foto çəkdirən okeanoloq alim Stanislav Kurilov SSRİ-dən ən uzaq – 100
kilometrlərlə məsafəyə qaçışı ilə məşhurlaşdı. O, 1974-cü ilin soyuq
dekabrında (ayın 13-də) sərnişin gəmisindən Sakit okeana tullanaraq
yüzlərlə kilometr uzaqda olan Filippin adası Siarqoya qaçdı. Əvvəldən
qaçış planını hazırlamış Stanislav Kurilob okeanda batmamaq üçün özü ilə
xüsusi avadanlıqlar götürmüşdü. O, Sakit okeanını 3 günə ac və susuz
keçirmişdi. 

 

İndi
mənzillərimizi zəngli saatsız təsəvvür etmək mümkün deyil. Bu, ən azı
mobil telefonlarımızda var. Lakin zəngli saatların olmadığı 1900-cü
illərdə Böyük Britaniyada yatanları onların pəncərələrini döyməklə
oyadırdılar. 

 

İkinci
Dünya Müharibəsi illərində fransızlar almanların əlinə küçməməsi üçün
"Mona Liza”nın məşhur fotosunun yerini 5 dəfə dəyişmişdilər. Bu foto
növbəti  yerdəyişmələrdən biridir. 

 

Küçədə
qeyri-adi formada yol gedən xanımlar "Bertram Mills Circus”un sirk
reklamını nümayiş etdirirlər. Hamını şoka salan bu olay 1953-cü ildə
Böyük Britaniyada olmuşdu.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!