Suyun altında şəhər salınır - FOTOLAR

Suyun altında şəhər salınır - FOTOLAR
Yazılı Şəkillər
10.09.2017 38
Dünyada ilk sualtı şəhərin layihəsinin icrasına başlanılıb. 

Belçikalı
arxitektor Vinsent Kallebotun müəllifi olduğu layihə əsasında inşa
edilən "Aequorea” Rio-de-Janeyroda, okean sahillərində suyun altında
salınır.   

 

"Aequorea”nın
bir kompleksi 20 min sakin üçün nəzərdə tutulub. Onun hər yaşayış
məntəqəsinin diametri 500 metr olacaq. Mühəndislər sualtı şəhərdə
yaşayış üçün yüksək şəraitin yaradılacağını bildirirlər. 

 

Qeyd
edək ki, belçikalı arxitektor Vinsent Kallebot gələcək inşa ediləcək
şəhərlər üçün uğurlu ekoloji layihələr hazırlamaqda məşhurdur. Onun yeni
sualtı şəhər layihəsi isə istifadə edilmiş plastik materiallardan və
yosunlardan hazırlanacaq. Yaşayış binalarının bəzi strukturları isə meduzaları xatırladacaq.   

 

Vinsent
Kallebot yeni şəhərin qida ilə təchizatı problemini yaşayış
məskənlərinin ətrafında salınacaq hibrit təsərrüfatları hesabına ödəməyi
təklif edib.

 

"Aequorea”
təbii ehtiyatlardan və torpaqdan qənaətlə istifadəyə yol açacaq. Habelə
okeanın dibinin plastik tullantılarla çirkləndirilməsinin qarşısını
alacaq. Üstəlik, layihə uğurla başa çatsa, suyun altında daha 5 şəhərin
salınması ideyasına yol açacaq.


 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!