Dünyanın cəhənnəmi olan 7 məkan - FOTOLAR

Dünyanın cəhənnəmi olan 7 məkan - FOTOLAR
Yazılı Şəkillər
10.09.2017 34
Dünyada cənnət sayılan məkanlar olduğu kimi, cəhənnəm hesab oluna biləcək yerlər də var.



Qadınlar.Biz dünyada cəhənnəm hesab oluna biləcək 7 məkanı təqdim edir.



Qaraçay
gölü – Rusiya. Qaraçay dünyanın ən çirkli gölü sayılır. Göl nüvə
tullantılarının atıldığı zibillikdir. Göl ətrafında qısa müddətdə qalmaq
ölümcül səviyyədə radioaktif zəhərlənmək üçün kifayət edir.







San
Pedro Sula şəhəri – Honduras. Cinayət hadisələrinin anormal dərəcədə
yüksək olduğu San Pedro Sula dünyanın ən təhlükəli şəhəridir. Burada
gündə orta hesabla 5 ağır cinayət törədilir.







Nyos
gölü – Kamerun. Nyos vulkanın sönməsi və kraterinin yağış suları ilə
dolması nəticəsində yaranan zəhərli göldür. Göldə 1986-cı ildə baş verən
püskürmələr zamanı 1700 insan və 3500 heyvan bir neçə saniyənin içində
məhv olub.







Danakil
vadisi – Efiopiya. Burada heç vaxt yağış yağmır. 50 dərəcədən də yuxarı
istiliyin qeydə alındığı vadi dünyanın yaşamaq mümkün olmayan
yerlərindən biridir.







Yellostoun
vulkanı – ABŞ. Püskürəcəyi halda böyük fəlakətlərə səbəb olacağı təxmin
edilən bir vulkandır. Yellostoun püskürərsə ətrafa milyonlarla ton
maqma və zəhərli qazın yayılacağı gözlənilir.







İlan
adası – Braziliya. İlan adasına getmək qadağandır. Çünki dünyanın ən
zəhərli ilanları burada yaşayır. Burada hər kvadrat metr əraziyə 5 ilan
düşür.







Antartika.
Qitə sürəti saatda 300 kilometr olan dözülməz küləklər və mənfi 90
dərəcəyə çatan şaxtalarla insanların yaşaya bilməsi qeyri-mümkün
yerlərdən biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!