Proktoloqa sual ver

Proktoloqa sual ver
Qadınlar.Co
10.09.2017 260
Suallarınızı cavablandırır:
Modern Hospital klinikasının Proktoloq-cərrahı, Cərrahi şöbənin müdiri
Dilarə Həsənova
Qısa məlumat:

Xəstəliyin formasından, xəstələnən orqanın yerləşməsindən  və xəstəliyin ağırlıq dərəcəsindən asılı olmayaraq bütün xəstəliklərə ciddi yanaşmaq lazımdır. Həmçinin də proktoloji xəstəliklərə. İlk baxışda ciddi gorünməsə də, proktoloji xəstəliklər də zaman keçdikcə və müalicə olunmadıqca ciddi fəsadlara səbəb ola bilər. Belə ki, yoğun bağirsaq (kolon) - rektum və anus xəstəlikləri cüzi rahatsızlıqlarla yanaşı həyat üçün təhlükə yaradan hallara da səbəb ola bilər. Bu xəstəliklərdə erkən diaqnostika və müalicə çox zaman xəstənin həyatı üçün yarana biləcək narahat vəziyyətləri aradan qaldıra və həyat qurtarıcı ola bilir.
 Yoğun bağırsağın, düz bağırsağın istənilən patologiyası ilk mərhələlərdə çox da diqqət cəlb edən olmasa da, xəstəliyin daha irəliləyən mərhələlərində geniş mürəkkəb əməliyyatlarla nəticələnir və hətta xərçəngin yaranma riskini də artırmış olur. Bəzən pasientlərin çoxu bu sahə haqqında məlumatın az olması və ya utanma kimi səbəblərdən həkimə gec müraciət edirlər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.Mənə müraciət edən xəstələr də təsdiq edirlər ki, daha öncələr məhz utandıqları üçün həkimə müraciət etməyiblər. Xüsusən qadın pasientlərim qadın cərrah-proktoloqların Azərbaycanda olması barədə az məlumatlı olduqlarını qeyd edirlər.
2005-ci ildə Azərbaycan Tibb Universitetini I müalicə-profilaktika fakultəsini bitirib. 2005-2007-ci illər akademik M.A.Topçubaşov adına III cərrahi xəstəliklər kafedrasında klinik ordinatorura keçib. 2007-ci ildə hal-hazira qədər kafedrada baş laborant vəzifəsində çalışır. Eyni zamanda Modern Hospital klinikasında cərrah -proktoloq kimi fəaliyyət göstərir.
Türk Kolon ve Rektum Cərrahiyyəsi Dərnəyinin və Türk Cərrahi Dərnəyinin üzvüdür.
2011-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Cərrah Proktoloqu" adına layıq görülüb.
"Peşəkar həkim -2012" milli mükafatın qallib-nominantıdır.

PROKTOLOJİ ÜMUMİ CƏRRAHİYYƏNİN ANAL VƏ PERİANAL BÖLGƏ XƏSTƏLIKLƏRI İLƏ MƏŞĞUL OLAN SAHƏSİDİR. BU SAHƏYƏ DAXİL OLAN XƏSTƏLIKLƏR :
ŞİŞLƏR - POLİPLƏR VƏ DİGƏR XOŞXASSƏLİ ŞİŞLƏR
HEMORROİD - BABASİL
ANAL, PERİANAL, REKTOVAGİNAL FİSTULALAR
ÇATLAR.
İLTİHABİ XƏSTƏLIKLƏR ( XORALI KOLİT).
PERİANAL ABSESLƏR.
SİNUS PİLONİDALİS (QIL DÖNMESİ ) - BÜZDÜMÜN DERMOİD SİSTİ
PERİNEAL SİNDROMLAR.
DÜZ BAĞIRSAĞIN BƏZİ İNFEKSİYON XƏSTƏLIKLƏRI .
VİRUS XƏSTƏLIKLƏRI ( KOLDİLOMA, POPİLLOMA VƏ S)
REKTAL PROLAPSUS - SALLANMA
ANAL STENOZ ( DARALMA) VƏ İNKONTİNENS.
KONGENİTAL XƏSTƏLIKLƏR
ANOREKTAL VE PERİANAL TRAVMALAR.
İş qrafiki: həftənin 5 günü saat 12:00-dan 18:00-dək, Şəmbə günü 09:00-dan 18:00-dək
Tel: (012) 570 20 20скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!