Anonim Məktub ( 2 )

Anonim Məktub ( 2 )
Qadınlar.Co
10.09.2017 38
 
Mənim uşaqlığım heç zaman qayıtmaq istəmədiyim illərdi.Hər günüm qorxuyla,ağlamaqla keçib. Evdə olan şiddətli keçinməzlik məni çox şeydən uzaqlaşdırdı.Düzdü sonradan hər şey yoluna düşsə də o təsirdən qurtula bilmirəm. Evdə bir az səsləri qalxan kimi valideynlərimin o günlər yadıma düşür. İllərcə özümə daha çox qapanıq böyüdüm. Heç nədən zövq ala bilmirdim. Küsmüşdüm uşaqlığımdan,ailəmdən. Ətrafımda olan hər kəsdən qaçırdım.Ailə qurmaqdan çox qorxurdum, elə indidə o qorxu var məndə.Çünki bunların övladlarım da nə vaxtsa yaşayar deyə tərəddüd edirəm. Ancaq özümü daxilən güclü olmağa, o qorxunun qəlbimdən getməsi üçün çox çalışmışam, buna demək olarki nail olmuşam.
Bunu yazmaqda məqsədim sizlərə nələrisə çatdırmaqdı. Nə olar övladlarınızın yanında ən yüngül davanızı belə etməyin. Onlar hansı yaşda olsalar da o qorxu hər zaman onlarladı, izləri böyük olur.
İstəməsələr də ailədən uzaqlaşırlar. Özlərinə həmdəmi başqa yerdən axtarırlar, başqa səmtə sığınırlar. Buda çox vaxt fəsadlara gətirib çıxarır.
Bu günümə çox şükür ailəm bir yerdədi. Ancaq kaş o günlər yaşanmasaydı...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!