PRETTY_GIRL İlə Müsahibəm

PRETTY_GIRL İlə Müsahibəm
Qadınlar.Co
10.09.2017 20
1.Ay salamun aleykum mənim
gözəl bacım.Necəsən?
[/center]
Salam bacı. Şükür Allaha sən
necəsən?

2.Öncədən təklifimi qəbul edib mənə müsahibə vermək üçün sənə minnətdaram canım
[center]

Məndə minnətdaram məndən musahibə götürdüyün üçün

3.Canım özün haqqında qısaca məlumat ver bizə.Adın nədir?
[/center]
Özüm
haqda  deyə bilərəmki
səmimi, dürüst bir insanam.Mehribanam.Amma hörmət hörmətə bağlıdır. Mənə hörmət
edənə məndə hörmət edirəm. Və hər kəsin bir dili var. Çalışıramki hamının öz
dilində danışım. Heyvanla heyvan kimi danışıram,adamla adam kimi. Hər şeyin
yerini bilən ciddi bir qızam. İnciməyin amma adımı saytda yaza bilmərəm. Özümə
qarşı qısqancam.İstəmirəm adımı saytda hamı bilsin.

4.Doğum tarixin?
[center]

16
noyabr, 1991-ci il

5.Necə birisisən?Ətraflı yaz.Xarici
görünüşün,xasiyyətin
barədə
[/center]
Xarici görünüşümü reklam etməyi xoşlamıram bəziləri
kimi, çünki sirrli insanam. Siz elə məni təsəvvürünüzdə PRETTY_GİRL kimi
canlandırın. Qısa ip ucu verə bilərəm. Avatarimdakı qıza bənzəyirəm. Xasiyyətim
isə duzgün, dürüst, mərd insanam.

6.Bakının harasında yaşayırsan canım?
[center]

Baki
şəhərində yaşayıram. Harasında yaşamağım elə sirr qalsın

7.Sən bu sayti ilk dəfə hardan bilmisən?Bu saytda Baş redaktor olmağın tanışliqnan olub ya əməyinlə?Ümumiyyətlə sayt əhvalatına bizi tanış edə bilərsənmi?
[/center]
Çox
maraqlı sualdır. Ətraflı yazacağam. İlk dəfə bu saytı təsadüf nəticəsində
tapdım. Və çox cəlb etdi məni. Və açığını deyim ağlıma belə gəlməzdiki mən bu
sayta çox baglanaram. Şərhlərimdə rekord vuraram. Mövzular göndərərəm. Heç belə
bir fikrim olmayıb. Əvvəllər qətiyyən hec bir sayta girməmişəm heç bir saytda
qeydiyyatım olmayıb. Bu sayt ilk virtual aləmim olub. Və həmişədə elə bura
olacaq. İndinin özündə də yalnız bu saytda qeydiyyatım var. Başqa hec yerə
girmirəm heç girməkdə istəmirəm. Çünki burda aylarımı, illərimi keçirtdim və
azdan-çoxdan əziyyətim var. O ki qaldı Baş Redaktor olmağa, qətiyyən mənim
redaktor olmaq istəyim olmayıb. Heç ağlıma belə gəlməzdiki mən Redaktor olaram.
Heç bizim vaxtımızda userlər statusa görə özlərini lezvalamırdılar. Gözümüz tox
olub.Eləcə də mənim. Bir Allah şahiddir ki mənim qətiyyən hec bir statusda
gözüm olmayıb. Təsadufən günlərin birində bizim saytın keçmiş Baş Redaktoru
Latipak nikli user mənə Redaktorluğu təklif etdi. Öncə düşündüm. Sonra gördüm
ki saytda Redaktor və Admin seçimi gedir. Mən də yazdımki mən bacararam. Bunu
elə-belə yazmışdım. Amma Redaktor olmagimda Saytın Sevimli useri mənim ilk rəfiqəm NUGYA-nın da rolu böyük olub.Mənə dəstək oldu. Mənə dediki sən də alınacaq.
Sinadım. Sonra qərar verdim.Sən demə mənim redaktor olmağımı MR.OFFİCER istəyib.
Məni sonra başa saldı sağ olsun əziyyətlə öyrətdi məni. Və mən Redaktor oldum.
Qətiyyən tanışlıqla olmayıb. Mr.Officer saytda fəalliğımı görub seçib. Təsadüfən
olub bu. Sonra hətta mən işimə görə sayta bir müddət az-az girirdim. Birdə girəndə
gördümki məni Baş Redaktor edib. Yəni mən qətiiyən status istəməmişəm. Sadəcə
olaraq özü işimə dəyər verib və seçib. Məndə çalışıramki işimə sadiq olum.

8.Saytdan istifadəçilərin əlindən bezdiyin anlar çox olub?
[center]

Düzünü
desəm mız-mız istifadəçilərimiz olub. Amma bezməmişəm.
Həvəslə hər bir problemlərini həll etməyə çalışmışam. İndi də belədir. PURE
LOVE saytda olmayanda istifadəçilər hər bir problelərini mənə yazırlar şəxsi
ismarıcla və məndə həvəslə kömək edirəm. Bu mənim işimdir

9.Bilirəm işin asand deyil.Heç istəmisən redaktorluqdan imtina edəsən?
[/center]
Mən
işimi sevirəm. Məni bu işə saytın rəhbəri layiq görübsə ona və sayta hörmətsizlik
etmək yaraşmaz. Əksinə mən istəyirəmki sayta dəstək olum, kömək edim.

10.Ən çox saytda nəyi başa salmaq çətindir?Ən çox verilən suallar?
[center]

Saytda
mənim xoşuma gəlir insanlar problemini mənə yazanda. Səbrlə,
mehribançılıqla basa salıram. Ən çox mənə verilən sual budur: "Mənim statusum nə
vaxt qalxacaq?” "Mənim xəbərim nə vaxt aktiv ediləcək?” "Xəbərimi redakte
etmisiz?”

11.Sevgiyə necə inamın var?
[/center]
Mənim
bu dunyada heç nəyə inamım qalmayıb bacı. İndiki zamanədə insanlar hər seyi
adiləşdiriblər. Mən insanlardan qaçıram. Sevgiyə inanmıram. Sevgi deyilən bir
şey yoxdur. Mənim sevgim yalnız və yalnız Allahadır. Çünki bircə məni dinləyən
mənə kömək olan Allahdır.

12.Sevirsən?
[center]

Yox

13.Bəs kimisə sevmək istərdinmi?Ya sənə belə həyat xoşdur?
[/center]
Bacım hami istəyərki xoşbəxt olsun. Məndə istəyirəm
xoşbəxt olum. Amma indiki zamanda sevgi yoxdur. Mən sevməyəndə daha çox xoşbəxt
oluram. Belə daha rahatdır. Sevib bədbəxt olmaqdansa elə sevməmək yaxşıdır.

14.Sevdiyin şəxsin necə birisi olmasını istərdin?Xeyalındakı Prensi canlandır bizə)))
[center]

Ürəyim
doluduye))))Deməli belə: İstərdimki sevgilim ilk növbədə ağıllı mədəni biri
olsun. Dəhşətli dərəcədə yəni mənim kimi romantik olsun. Hissiyatlı olsun məni
hiss etməyi bacarsın. Bürcü ya Xərçəng olsun ya da Balıqlar bürcü. Qan qrupu +1
olsun. Məni hər an başa düşşün hörmət etsin, qayğıkeş olsun. Güçlu olsun məni
qorusun dəlicəsinə sevsin məni.

15.Ağlamaq deyəndə nə anlayırsan?Qısaca olaraq belə deyim.İnsan nəyə görə ağlaya bilər.Anlada bilsən anlat
[/center]
Ağlamaq
deyəndə çox şeyi başa düşürəm... Ağlamaq qəlbin həyata
uyğunlaşa bilməməsidir mənim dünyamda.(( Ağlamaq duygu yarpaqlarnın bir-bir
ağacdan saralıb düşməsidir. Həyatda bəlkə də məim qədər ağlayann yoxdur. Dəhşətli
dərəcədə həssas və kövrəyəm. Tez-tez aglayıram. Amma ümumi götürdükdə insan çox
şeyə görə aglaya bilər. Hər göz yaşının bir səbəbi vardır əlbət. Eynən mənim
kimi...

16.Rəfiqən varmı?Varsa sənə xəyanət edib?Edibsədə nə ilə?
[center]

Rəfiqəm
yoxdur. Əsl rəfiqəmdə olmayıb heç vaxt. Rəfiqə yıxan evi heç nə yıxmır. Amma
dosta yaxın adam var saytda. Xeyr belə şey olmayıb.

17.Niyə məhz insanların əksəriyyəti demək olar ki 90%i sevgi deyərkən yalniz oğlanla olan
sevgini düşünür?O oğlandan daha vacib Allah sevgisi durarkən,valideyn sevgisi durarkın
niyə məhz oğlan?Səndə belədüşünürsən ilk öncə?Amma səmimi cavab istərəm
[/center]
Çox
gözəl sualdır bacım.ehh insanların dayazlığıdır bu.
Onu yaradan Allahı, onu dunyaya gətirən valideyn sevgisini qatlayıb qoyur kənara
baslayır oğlan sevgisi düşünməyə. Hələ cavandılar bacı yaşa dolduqca
anlayacaqlar həyatı. Hələ qanları qaynayır gəncdilər. Amma mən sevgi deyəndə
ilk öncə ALLAH  Sevgisini düşünürəm. Ən
gözəl sevgi Allahın sevgisidir. Çünki ALLAH hec vaxt tərk etməyəcək ,heç vaxt xəyanət
etməyəcək. Qurban olum ALLAHa

18.Nikini nə səbəb görə Pretty Girl seçmisən?
[center]

Mən
bir az kaprizni qızam.Ağlıma nə qədər nik gəldi amma istədimki mənim nikim fərqli
olsun seçilsin. Ona görə PRETTY_GİRL nikini seçdim Çünki PRETTY sözü hər adamın
ağlına gəlmir.

19. Hər gününə şükür edirsənmi?
[/center]
Əlbəttə hər günümə şükr edirəm.

20.Səni nə həyata küsdürər
heç bu haqda düşünmüsənmi?
[center]

Kim
deyirki mən həyata küsməmişəm?))
[/center]
21.Hansı
günün olmasını heç istəməzdin?Hansı gün ən qorxduğun gün olar?
[center]

Nənəmi
itirmək istəməzdim. Onu itirmək mənim həyatımın sonudur. Allah o günü mənə göstərməsin.
Əyər Onu itirəcəmsə Bir gün qabaq Allah mənim canımı alsın mən o günü görməyim

22.Lirik mahnıda demək olar ki,99%insan ağlayır.Bəs elə olubmiki şən mahnıda belə sən ağlamısan?
[/center]
Aha
lirik mahnılarda məndə ağlamışam.))Yox şən mahnıda ağlamağım yadıma gəlmir.

23.Canım suallar çox fikirləşib
verə bilərəm amma ki userləri
bezdirməyim)Nədə səni
yormayım mən.Suallarım
xoşuna gəldi?
[center]

Xoşdur
bacım əlbəttəki çox super mənim tərzimə uyğun mənalı
suallar vermisən. Sualları çox bəyəndim

24.Bezdirici Suallar deyildiki?
[/center]
Yox əksinə
belə gözəl suallara görə sənə minnətdaram

25.Ən çox səni düşündürən hansı sualım oldu?
[center]

Suallarin
super idi. Düşünmədim Vallah sadəcə olaraq səmimi cavablar verdim və
ətraflı cavablar verdim

26.Bəs ən xoşuna gələn hansı sual oldu ?Güman edirəm belə bir sual var idi)))))
[/center]
Əlbəttə bacı. Suallarının hamısı xoşuma gəldi. Ən çox
bəyəndiyim sual isə 7,8,9,10,14,15,17,18,20,21,22-ci suallar idi. Tam mənim
zövqümə uyğun həyat tərzimə uygun suallar idi

27.Təkrar sual olsada bu sualım amma mənə maraqlıdır.Hansı sualı
cavabllamaq istııdin amma mən verməmişəm o suali?Varsa yaz və cavabla zəhmət olmasa.
[center]

Yox
bacı əziyyətinə görə çox sagol. O qədər gözəl ürəyimcə
olan suallar verdinki çox məmnun oldum

28. Suallarımın içindən bəs sən mənə hansı sualı vermək istərdin?
[/center]
Hansı
günün olmasını heç istəməzdin?Hansı gün ən qorxduğun gün olar?- bax bu sualı vermək istərdim
sənə) 
[center]29.Canım bacım sonda ürək
sözlərin 

İlk
növbədə məndən müsahibə aldığına görə sənə təşəkkür
edirəm. Allah səni xoşbəxt eləsin bacım. Hər şey ürəyincə olsun həyatda. Saytın
bütün userlərinə verdiyim müsahibəni oxuduqlarina görə təşəkkür edirəm. Allah
hamınızı xoşbəxt eləsin. Və sonda sayta uğurlar, bol nəaliyyətlər arzulayıram. 
30.Canım sənə ilk növbədə həyatda  Allah sevgisi varındı,valideyn sevgisi varindı qalıb sənin gələcək sevgin.Sənə o saf sevgini arzu edirəm canım bacım.Allah teala nəyisə gec edirs' xeyirliyə edir.inşAllah  xoşbəxt olasan canım.Saytda sənə səbr,boyük ugurlar arzulayıram.Hər zaman belə uca zirvədə qalasan.Bir gün inşAllah gözəl Ailənin xanımı olacaqsan.O zaman bizləri belə unutma!!!
31. Çox sağ ol gözəl bacım. Allah sənin ürəyinə görə versin. Belə gözəl sözlərə görə, hörmətinə görə çox sag ol. Allah razı olsun. Sizləri heç vaxt unutmayacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!