N E L L İ ilə Müsahibəm

N E L L İ ilə Müsahibəm
Qadınlar.Co
10.09.2017 12
 


1.Salam.Özünü təqdim
et.

Salam.Mən N E L L I.20
yaşım var.Tələbəyəm

2. Nəyə görə məhz
NELLİ?

İlk ağlıma gələn nik oldu.Həmdə qulağa yatmalıdır

3. Nikinin mənası nədir?

Mənası yoxdur,sadəcə nikdir

4.Xarakterin haqqında məlumat
ver

Çox qapalı insanam,çox danışmağı sevmirəm,üzdən sərt görünsəmdə daxilən elə deyiləm.Hər zaman özümü güclü göstərməyə çalışmışam amma daxilən
tez sarsılıram..Kinli insan deyiləm.Bütün
qəzəbimi ötəri əsəbdən ibarətdir

5. Kədər nədir, sevinc nədir?

Kədər naşükürlüyümüzü bəlli etmək üçün bəhanə,sevinc isə həyatın xoş olan müvəqqəti üzü

6.Nəyə görə daha çox kədəri görürük, sevinc varkən?

Çünki naşükürük.Əlimizdə qalanların dəyərini bilib sevinmək əvəzinə itirdiklərimizn dalınca vay vay
deyirik.

7.Hüznünə səbəb olan insan buna dəyirmi?

Bəli dəyər

8.Sevgi nədir sənin üçün?

Sevgi sözlə anlatılmayan...amma onunla qarşılaşdığında dizlərinin
gücünün itməyidir, gözlərinin bütün dünyanı
işıqlandıracaq qədər parıldamasıdır, bütün dünyanı
bir ürəyə sığdırmaqdır

9. Sevirsən?

Bəli sevirəm

10.Gözləmək və ölmək.Hansı
daha çətindir?

Ölmək daha çətin.Gözləmı isə sadəcə səbr tələb edir

11.Nələri sevirsən həyatda?

Sahib olduğum hər
şeyi,var olduğum hər günü

12.Niyə görə belə əsəbisən?

Bəzən həyat insana yaşından daha böyük zərbələr
vurur, Mənə də o zərbələrdən
dəyib.Hər zaman həsas insan olmuşam.İçimə nifrətlərin
dolmaması üçün bütün mənə dəyən
zərbələri əsəbimin çiyinlərinə atmışam.Sonda da nəticə bu

13.Bəs niyə ağlayırsan həmişə?

Onun səbəbini bilmirəmki,o insanın içindən gələn
bir şeydir..Ağlamaq bəzən nələrisə daha dərindən
anlamama kömək edir

14.Həyatı necə başa düşürsən?

Həyat mənə üçün maskalanmış ,ikiüzlü insanları xatırladır. Hər an nə edəcəyini sənə nə surpriz hazırladığını
bilmək mümkünsüz

15. Unutmaq asandır, yoxsa unudulmaq?

Unudulmaq daha asadır məncə.Mən hər
zaman unutmaqda çətinlik
çəkdim

16.Sevdiyin qədər sevilirsən?

Bir zamanlar sevilmişəm,amma
indi bilmirəm

17.Həyatda hər istədiyinə nail olmaq mümkündür?

Allahın izin verdiyi yerəkimi mümkümdür.Həyatda
insanların bacarmadığı şeylər
yoxdur. Sadəcə istəmədiyi
şeylər var

18.Şən gənclik yoxsa şıltaq uşaqlıq?

Şıltaq uşaqlıq,o hissləri
yaşamağı cox istərdim.Mən heç uşaqlıq yaşamadımki...

19.Tənha qaldığında ilk
olaraq ağlında hansı sual canlanır?

Görəsən Allah mənə onunla bir daha danışmaq üçün,hər şeyi daha doğru şəkildə anlatmaq üçün bir şans verəcəkmi mənə?

20. Ötən günlərinə heyfsilənirsən?

Ötən günlərim içərisində elə günlər varki heyfislənirəm.Mənə bəxş olunan o günləri
dogru şəkildə yaşaya bilmədiyimə görə heyfislənirəm

21. Peşmanlıqların olubmu həyatda?

Olub peşmanlıqlarım və hələdə var

22.Lalın dilini anası bilir.Bəs
sənin dilini kim bilir?

Bu vaxta kimi heç kim!amma axir zamanlar sən
yavaş yavaş bilməyə başdamısan))))

23. Saytı necə tapdın ilk
dəfə.Yəni necə olduki bu sayta gəldin?

Təsadüf nəticəsində.Məlumat axtarmaq üçün gimişdim
internetə və qarşıma çıxdı.İlk baxışdan
aşiq olmaq məncə buna deyərlər.İlk andan sevdim buranı

24.Saytda kimləri özünə yaxın bilirsən?

Qəlbimə yaxın olan-S Ə N!.Həyatıma yaxın olan BALAWKA,xətirlərini çox istədiyim_PURE
LOVE,VALİYEVA_LENA.ümumilikdə bəyənmədiyim yoxdu

25.Saytda bəyəndiyin və bəyənmədiklərin?

Səmimi deyəcəm-Arada bəzi
istifadəçilərin İşlətdiyi yersiz sözlər
və şərhkləri heç bəyənmirəm.qalan hər
şey normaldır

26.Saytın Jurnalisti kimi userlərə nə demək
istərdin?

Əziz istifadəçilər Hər
bir şərh sizi
anlatır.bunu unutmuyun.Şərhləri yazarkən yüz ölçüb bir biçin

27.Bir gün ailə qursan
yenə sayta girəcəksən,
yoxsa sayt subaylıq həyatında
qalacaq?

Yox girməyəcəm.Bu saytı çox sevirəm və heç vaxt unutmayacam.Amma Ailə qurduqdan sonra burda olmayacam çox gümanki.

28.Sualları bəyəndin?

Hər birini bəyəndim.

29.Ən çox hansı sualı bəyəndin?

18,19,22,27-ən çox bəyəndiklərim
oldu

30.Bu suallardan bəs
hansını mənə vermək istərdin?

27ci suali sənə vermək istərdim.cavabın
mənə çox maraqlıdır

31. Sonda ürək sözlərin və arzuların

Sonda onu deyə bilərəmki Əziz xanımlar Xarici görüşünümüzün gözəlliyinə və təmizliyinə fikir verdiyimiz kimi-Arada
daxilimizin Paklığını da unutmayaq.Çünki xaricimizdən çox daxilimizin baxıma ehtiyacı var.Hər birinizə həyatda hər
şeyin ən xeyirlisini
arzulayıram



Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!