Ötən dövrə bir baxış - Qadınlar.biz

Ötən dövrə bir baxış - Qadınlar.biz
Qadınlar.Co
10.09.2017 23
İlk öncə kiçik tarixcə və statistika haqda...

www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.

Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb.



4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.

4 fevral 2012-ci il tarixinə olan statistika:

18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.
Təbii
ki, günlər keçdikcə kollektivimiz böyüməkdə, öz qarşısına qoyduğu
məqsədlərə çatmaq uğrunda fasiləsiz inkşafda idi. İndi sizlərə bu il
yəni, 04 fevral 2013-cü il üçün olan statistik göstəriciləri açıqlamaq
istərdik:

41500 qeydiyyatlı istifadəçi,(aktiv olmayan
istifadəçilər silinmişdir) 13000 xəbər sayı, 635.000 şərh sayı, 112
qruplaşdırılmış fərqli bölmə
!

İnanırıq ki, bu statistik
göstəriciləri görən, bizləri hər zaman dəstəkləyən insanların üzündə
təbəssüm yaratdı. Qeyd etdiyimiz rəqəmlər real olaraq qeyd olunub. Bəzi
insanlar rəqəmlərə baxıb "biz də daha çoxdur deyirsə" - unutmayın
ki, biz yalnız bir mövzu ətrafında, ilk gündən seçdiyimiz yoldan
dönmədən, prioritet seçdiyimiz mövzu və nüansları unutmadan,
milli-mənəvi dəyərlərimizi qoruyaraq, hər zaman dünyanın harasında
olursa olsun, Azərbaycanlı xanım adını daşıyan, məhz Azərbaycan
xanımları üçün çalışırıq!
Biz başqaları kimi yalançı statistika
və yalnız özümüzü aldadacaq informasiyalar ilə çalışmırıq! Səhifəmizi
ziyarət edən hər bir istifadəçi bizim üçün dəyərli olduğundan, onları da
doğru informasiya ilə məlumatlandırmağı özümüzə borc bilirik!

Və... Əgər bu gün qeyd olunan uğurları qazanmağa nail olmuşuqsa, bu bizlərin doğru yolda olmasının ən real göstəricisidir!




Ötən ilin yadda qalan 4 mühüm məqamı:
2011-ci ilin sonlarından ziyarətçilərin ən
böyük şikayət mövzusu olan saytı ziyarət, müxtəlif əməliyyatlar zamanı
bağlantı problemi, 2012-ci ilin ilk aylarında dünyanın, Avropa və
Rusiyanın ən böyük bağlantı, məlumat filtirasiya mərkəzlərindən biri
olan M9 mərkəzi ilə əməkdaşlıq, vasitəçi şirkətlə anlaşma sayəsində
aradan qaldırıldı. Nəticədə bu gün həmin dövr üçün mövcud istifadəçi
kütləsindən 3 dəfə artıq ziyarətçi sayına baxmayaraq, bağlantı və
əməliyyatlar zamanı istifadəçilər problemlə qarşılaşmırlar. Hal-hazırda
məlumatların təhlükəsiz şəraitdə saxlanılması, saytın fəaliyyətində
fasilənin olmaması üçün 10-a yaxın, öz fəaliyyət sahəsinin peşəkarı olan
texniki qrup, növbə ilə 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.
1. Geridə
qalan ilin ilk aylarından əməkdaşlıq etməyə başladığımız Azərsun
Holdinqə məxsus "Bizim Tarla”, "Bizim Süfrə” və "Azərduz” markaları ilə
müqavilə imzalandı. Təsadüfi deyil ki, Azərbaycanın qida istehsalı
sektorunda ilklərə imza atan hər üç markanın Avropa standartlarına
riayət olunmaqla hazırlanan məhsulları, istehlakçılar tərəfindən ən çox
sevilən və seçilən məhsullardır.

Hər zaman layihəmizə böyük dəyər verdiklərini dilə gətirən, Brend
menecer Eda xanıma və bütün işçi kollektivinə bizlərə inanıb, seçdikləri
üçün dərin minnətdarlığımızı bildiririk.
2. Ötən ilin üçüncü rübünün sonlarından Azərbaycanın ən baxımlı televiziya
kanalı Azad Azərbaycanın (ATV) efirində yayımlanan "Süfrəmiz”
verilişinin informasiya dəstəyi olduq. Həftə içi beş gün, hər gün saat 10:00-da canlı yayımlanan "Süfrəmiz” verilişi televiziya məkanının ən reytinqli mətbəx verilişidir. Hər günün
sonunda, canlı yayımlanmış verilişin video yazısı saytın Süfrəmiz
bölməsində istifadəçilərə təqdim edilir. [/b]Əməkdaşlıq etmədiyimiz illərdə belə dəstəyini bizlərdən əsirgəməyən[b] verilişin layihə rəhbəri Xaqan bəyə, aparıcı müğənni, hamımızın sevimlisi Elnarə xanıma və eləcədə bütün yaradıcı heyətə dərin təşəkkürlərimizi bildirir, uğurlarının davamını arzulayırıq.
3. İlin son, dekabr ayında reklam sektorunun sayılıb-seçilən adlarından biri "People Brand" şirkəti ilə reklam sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bu layihəyə
verilən dəyər, bəslənilən rəğbətdən dolayı bütün şirkət çalışanlarına
minnətdarlığımızı bildiririk.


4. Yeni 2013-cü il gəldi! Bütün komanda üzvlərimiz həmişə olduğu kimi
fasiləsiz çalışmağa davam edirdi. Qarşımızda yeni məqsədlər, görəcəyimiz
işlərin sıra ardıcıllığı – bütün deyilənləri reallaşdırmaq üçün
rəhbərliyin müzakirələri vardı.

Bu məqamda, yeni ilin ilk günlərində
aldığımız yeni bir təklif bizləri sevindirməyə bilməzdi. Azərbaycan
interneti, reklam sektoru dedikdə, birincilər sirasında olan "New Media" şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalandı.

Qadin.Net olaraq reklam sahəsi ilə bağlı bütün ekskluziv hüquqları "New Media" reklam agentliyinə təqdim etdik.

"New
Media" şirkəti bir çox dünya markalarının ölkəmizdəki təmsilçiləri,
rəsmi nümayəndəlikləri ilə birbaşa əməkdaşlıq edir. Həmçinin hamının
yaxşı tanıdığı mail.ru və odnoklassniki.ru saytlarının da Azərbayandakı
ekskluziv reklam hüquqlarına sahib olan şirkətdir. Şirkətin
rəhbərliyinə, şəxsən Rasim Davudova və bütün şirkət əməkdaşlarına
layihəyə verilən dəstəkdən dolayı dərin təşəkkürlərimizi bildiririk.
Hər
bir insanın gördüyü işə verilən ən dəyərli qiymət, görülən işin
ətrafdakılar tərəfindən bəyənilməsi, sevilməsidir. Təbii ki, bizlər də
əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Yaxın
zamanlarda yeni dəyişikliklərin, istifadənizə veriləcək yeni layihələrin
şahidi olacaqsınız.

Bütün bu deyilənləri, uğurları təbii ki, tək
əldə etmədik. Bu uğurları əldə etmək üçün hər zaman bütün komanda
üzvlərimiz maksimum dərəcədə öz imkanlarından istifadə etmişlər! Ən çox
stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən
bütün redaksiya üzvləri (Redaktorlar), eynilə çox dəyərli
Ekspertlərimiz, Nəzarətçi və xüsusi imtiyaza sahib Media qrupumuz,
neçə-neçə insana şəfa bəxş edən hörmətli Həkimlərimiz – hər birinizə
ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı
və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!
Üzv sayı 75.000 nəfərdən artıq olan Facebook səhifəmizin rəhbərliyi və idarəçiləri! Biz sizlərə də çox sağolun deyirik! Son
illərdə qazandığımız bütün uğurlarda sizlərin rolu əvəzedilməzdir.


Layihəmizdə Ceylan xanım və Ənvər bəy haqqında danışmaq yersizdir
yəqinki. Hər iki şəxsin gördüyü işlər, çəkilən əziyyətləri göz
qabağındadır! Sevimli dostlara çox sağolun deyirəm. Allah uzun illərin
bu dostluğunu, mehribançılığını bizlərə çox görməsin.
Və, təbii ki Siz dəyərli ziyarətçilərimiz!

Statuslara sahib olan və olmayan bütün istifadəçilərimiz!
Hər
biriniz ayrı-ayrılıqda bizlər üçün çox dəyərlisiniz. Bizləri bu yerlərə
gətirən – təbii ki, sizlərsiniz! Bütün layihələrimiz, düçüncələrimiz –
hamısı sizlər üçündür!
Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!