Saytımızın ikinci Zəka Yarışması (Qeydiyyat bitdi)

Saytımızın ikinci Zəka Yarışması (Qeydiyyat bitdi)
Qadınlar.Co
10.09.2017 28
Biliyinə və zəkasına, məntiqinə və özünə güvənən qadınlarımız Sizləri
saytımızın ikinci zəka yarışmasına dəvət edirik...
Qeydiyyat artıq başlamışdır. Qeydiyyatdan keçmək üçün aşağıdakı formada şərh yazmaqla qeydiyyata düşə bilərsiniz:
Şərh yazacaqlarımız:
1) Yaşınız
2) Təhsiliniz barədə qısa məlumat (orta, natamam ali, ali, magistr)
3) Yarışa qatılacağınız saat (19:00 və ya 22:00)


Yarışma 23 mart 2013-cü ildə saat 19:00 və 22:00-da olacaqdır. Yarışma haqqında geniş məlumat:
Yarışmaya
daha çox xanımlarımızı cəlb etmək üçün 2 ayrı saatlarda (fərqli
suallarla) yarışma olacaqdır. Saat 19:00-da yarışa qatıla bilməyənlər
(öncədən bu barədə məlumat verilməlidir) saat 22:00-da buyurub qatıla
bilərlər.
Yarışmada 25 sual olacaqdır (test formasında) və 20 dəqiqə vaxt veriləcəkdir. Suallar qarışıq olacaqdır (elmi, dini, məntiqi, dünyəvi).

Yarışmada suallara necə cavab verəcəyik?
Yarışma
saatında sizin statusunuz avtomatik "Yarışmaçı" olacaqdır. Və
Yarışmanın sualları ana səhifədə birinci xəbərdə yerləşdiriləcəkdir. Siz
həmin xəbərə daxil olmaqla sualları görəcək və şərhlə testin düzgün cavabını
yazacaqsınız. Cavablarınız efirə çıxmayacaqdır. Yarışmanın səhərisi günü
sualların düzgün cavabları və qalib müəyyən oluacaqdır.

Qalibə nə veriləcəkdir?
Birinci, ikinci və üçüncü yer tutmuş istifadəçilərə medal və virtual manatlar (saytdaxili hədiyyələr ala bilmək üçün) veriləcəkdir.
1) Birinci yer: 1500 virtual manat
2) İkinci yer: 700 virtual manat
3) Üçüncü yer: 300 virtual manat


Sualı olan buyurub yaza bilər...

YARIŞMAYA
QATILMAQ İSTƏYƏNLƏR YUXARIDA QEYD EDİLƏN FORMADA ŞƏRH YAZMAQLA
QEYDİYYATA DÜŞSÜNLƏR. QEYDİYYATA DÜŞMƏYƏN İSTİFADƏÇİLƏR YARIŞMAYA QATILA
BİLMƏYƏCƏKLƏR.
ZƏHMƏT OLMASA XƏBƏRƏ ƏLAVƏ ŞƏRH
YAZMAYIN. İKİ HALDA: YARIŞMA İLƏ BAĞLI SUALINIZ OLDUĞU HALDA VƏ
QEYDİYYATDAN KEÇMƏK İSTƏDİYİNİZ HALDA ŞƏRH YAZIN.

QEYDİYYAT DAVAM EDİR!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!