Bir qadına əl qaldırmaq kişilikdəndirmi?

Bir qadına əl qaldırmaq kişilikdəndirmi?
Qadınlar.Co
10.09.2017 53
Avtobusla evə gelirdim, çox yorgun və fikirli idim. Dayanacaqların birində bir qadın qucağında



körpəsi bizə qoşuldu. əynində köhnə, çirkli paltar ayağında isə ciriq ayaqqabı var idi. əvvəl elə



bildim dilənçidir. Elə də əhəmiyyət vermədim. Nə yalan söyləyim hec üzünə də baxmadım.



Çünki həmin günüm tamamilə problemlərlə dolu idi. Bir anlıq evə çatıb istirahət etmək barədə



düşünürdüm. Yanımdakı yer boş olduğundan qadın gəlib yanımda əyləşdi. Körpənin səsi məni



bütün problemlərdən uzaqlaşdırdı. O təxminən 7-8 ayliq olardı. Çox şirin idi. əynindək çirkli



paltar onun gözəlliyinə heç də xərər gətirmirdi. Başladım onu oynatmağa, ayağında az qala



sürşüb düşən corabını təzədən geyindirdim. Və onun başını sığallıyaraq üzümü çevirdim ki,



anadan bu gül balanın adını soruşam, elə həmin an dünya başıma fırlandı. Insanlar necə amansız



olublar, bunu hansı ər öz həyat yoldaşına edə bilər?? Gözlərim ani doldu özümü güclə topladım



ki, ana mənə baxıb ürəyi dağlanmasın. biraz ətrafdakı insanlara nəzər saldım. Hamının gözü



həmin anada idi. Onun üzü eləcə yara idi. gözünün biri şişib, göz bəbəyini demək olarki tamami



ilə örtmüşdü. Qaşı çapılmışdı. Üzündə bəzi köhnə yara izləridə var idi. Hansı ki,solğun ləkələri



qalmışdı. Ağzımı açıb söz soruşmamış o məni qabaqladı. Gedəcəyi yeri, bura adamı



olmadığından şəhəri tanımadığını dedi.. düzü həmin yeri məndə tanımırdım. Qabaqda əyləşən



xanımlardan soruşdum. Sonra isə ona başa saldım. Qadın yoldaşı ilə dalaşıb evi tərk etdiyini,



bucür həyatı yalnız körpə Nərmini üçün yaşadığını dedi. Onda əsil sevginin nə oldugunu



anladım...



Bu balacanın gülüş səsləri avtobusu götürmüşdü. Həyatdan xəbərsiz olan Nərmin elə hey



gülümsəyir, öz aləmində nələrdənsə danışırdı. Qadına baxdıqca içim parçalanırdı. Bilmirəm niyə



amma aglamamaq üçün özümü zorla saxlayırdım. Bu mənzərəyə bir azda tamaşa edə



bilməyəcəyimi görüb evə çatmamış avtobusdan düşdüm.



Ola bilər sevmədiyin, ürəyinə heç yatmıyan biri ilə, və yaxud xasiyyəti çətin, acı dil olan birisi



ilə ailə qurasan amma ona əl qaldırmaq nə bilim mənim üçün agla sığmazdı. Məncə o ananın nə



qədər səhvi olsa da, körpəsinin bircə təbəssümünə görə bağışlamaq olardı.... bu indiyədək



rastlaşdığım ən ağır və dəhşətli bir mənzərə idi... içimi ani də olsa nifrət hissi bürüdü, ürəyimdə



heç nəyə və heç kimə inam qalmayıb artıq...



Həmin gün isə o məhsum ana üçün edəbiləcəyim bir şey yox idi, gözlərimdən süzülən göz



yaşlarından başqa...



Beynimdə isə yalniz bir sual var idi "axı necə ??necə insanlar bu qədər amansız ola bilir???







Bir kişiyə ailənin başçısı deyə hörmət edilirsə, bu ona hər istədiyini etməyə dəlalət vermir!!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!