Toy haqqında suallarınızı bizə ünvanlayın

Toy haqqında suallarınızı bizə ünvanlayın
Qadınlar.Co
10.09.2017 17
Əziz oxucular, Qadinlar.biz də bu gündən etibarən yeni bir rublikaya başlayırıq. Bu rublikada toy haqqında demək olarki, hər şey- toya hazırlıq, toyu necə yaddaqalan etmək haqda məsləhətlər və s. kimi maraqlı məlumatlar yer alacaq. İlk olaraq əziz oxucularımıza toy adət - ənənələrimiz haqqında maraqlı məlumatlar təqdim edirik.



Azərbaycan xalqının əsrlər boyu yaşayan və hələdə yaşamaqda olan çox maraqlı adət - ənənələri vardır. Məsələn: qız bəyənmə, xonça gətirmə, həri mərasimi, elçilik, nişanlılıq çağı, toydan öncəki adətlər və nəhayət toy vaxtı icra olunan adət - ənənələrimiz.



Toy adətləri arasında xonça gətirmə ənənmiz xüsusilə maraqlıdır. Toyun əsas atributlarından sayılan nişan xonçaları içərisinə adətən şirniyyat, zinət əşyaları və pal-paltar yerləşdirilir. Qədimdə xonçalar sini qabda hazirlanaraq alabəzək ipək parçalara bükülürdü. Düzdür indi də xonça aparma ənənəsi ənənə olaraq qalmış, daha da müasirləşmişdir.



Dəyərli oxucular xonça haqqında bəzi maraqli adətlərimizi nəzərinizə çatdırmaq istərdim. Ağbirçəklərdən eşitdiyimə görə nişanlı qız nişandan sonra ilk kimin toyuna və ya xeyir işinə gedərsə oqlan evi ora xonça aparmalıdır.



Deyilənə görə nişanlı qıza bayramlarda gətirilən xonça qədimdə "ağ xonça”adlandırılırdı. Lakin bu xonçanın üzərində mütləq qırmızı rəngdə örtü olmalı idi.



Hal-hazırda da toya qədər olan adət-ənələrimiz içində xonça aparmaq adəti daha böyük maraq kəsb edir, oqlan evi və qız evi tərəfindən xüsusi diqqət ayrilir.



Növbəti yazımızda sizlərə həri mərasimi haqqında maraqlı məlumatlar paylaşacam.



Buyurun toy, nişan, xınayaxdı və sairə bu kimi adət-ənənəli məsələlərdə istənilən maraqlandığınız sualları verin bir təcrübəli mütəxəssis kimi cavablayım..



Hörmətlə, Aygün :)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!