Pampers Ekspertlər Heyəti iş başında!

Pampers Ekspertlər Heyəti iş başında!
Qadınlar.Co
10.09.2017 29
Pampers Ekspertlər Heyəti iş
başında!
[/i]
 
Ümumdünya
Uşaqların Müdafiəsi Günü ərəfində PG Azərbaycan şirkəti yeni Pampers Ekspertlər
Heyəti layihəsinə start verir. Bu layihə ana və ana olacaq xanımların hamiləlik
və körpənin böyüməsi dönəmlərində yaşadıqları təcrübəni paylaşmağa, onları
maraqlandıran suallara cavab tapmağa və həkimlərin məsləhətlərindən
faydalanmağa imkan yaradacaqdır.


Pampers Ekspertlər
Heyəti Azərbaycanın tanınmış 4 peşəkar həkiminivə uşaqların erkən yaşında inkişafı üzrə
mütəxəssisini bir araya gətirəcək.


Facebookda
"Qadınlar Klubu” səhifəsində xüsusi yaradılacaq facebook tədbiqi vasitəsi ilə
analar onları maraqlandıran və narahat edən məsələlər ilə bağlı həkimlərə
suallarını ünvanlandıra biləcək. Həmçinin, həkimlərin tibbi praktikasında
rastlaşdığı problemlər, uşağa qulluq və uşağın sağlam böyüməsi sahəsində məsləhətləri
qısa video çarxlar şəklində facebook tədbiqində və "Qadınlar Klubu”-nun youtube kanalında yayımlanacaqdır.


Pampers Ekspertlər
Heyəti hamiləlik dövründə diqqət edilməsi lazım olan məqamlardan başlayaraq
körpənin sağlam böyüdülməsi, qidalanması, intellektual və emosional inkişafı
kimi bir çox mövzuda ana və ana olacaq xanımları maarifləndirməyi hədəfləyir.


Layihənin bu
ilin iyun ayında fəaliyyətə başlaması nəzərdə tutulub.


Yeni Pampers
Premium Care körpələrə beş ulduzlu dəri müdafiəsini təmin edir.Pampers markalı
məhsullar dünyanın ən qabbaqcıl təhlükəsizlik və keyfiyyət tələblərinə cavab
verir. Pampers Procter & Gamble şirkətinin ən tanınmış brendlərindən
biridir.




 

 
Procter
& Gamble haqqında

P&G öz
brendləri ilə dünyada təqribən 4.4 milyard insana xidmət göstərir. Şirkət
Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®,
Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®,
Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi
etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü portfellərdən
birinə sahibdir. P&G icması dünyanın təqribən 80 ölkəsində fəaliyyət göstərir.
P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri
oxumaq üçün, Procter & Gamble Azərbaycan Ofisinin Facebook səhifəsinə
(http://www.facebook.com/pgazerbaijan) və www.pg.com saytına baş çəkin.

P&G şirkətinin
Azərbaycandakı nümayəndəliyi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan üzrə
1,200,000-dən artıq gənc ana və uşaq P&G şirkətinin əhalinin gigiyena
savadını artırmağa dair layihəsində və digər sosial layihələrdə iştirak edib.
[i]
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!