otaqin renginin bize tesiri

otaqin renginin bize tesiri
Qadınlar.Co
10.09.2017 122
Vaxtımızın böyük qismini keçirdiyimiz məkanlarda istifadə edilən rənglərin bir qismi insana ilham versə də, bəziləri adamı tənbəlləşdirir. Rənglərin təsirlərini bilməklə gün boyu qarşımıza çıxacaq bəzi problemləri həll edə bilərik. QirmiziQırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Narıncı Qırmızı kimi həyəcanladıran rəngdir. Canlı rəng olan narıncı mətbəx, uşaq və yemək otağı, dəhlizlərdə istifadə edilə bilər. Bu rəngdən istifadə məkanlara şənlik, sevinc gətirir. SarıParlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha yaxşıdır.
YaşılBölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür. Mavi Sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər. Bənövşəyi Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir. Ağİnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.
Qara, boz və qəhvəyiBu rənglər ağır enerjiyə malikdir. Onların bir məkanda tək rəng olaraq istifadəsi məsləhət deyil. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!