Qadınlar.biz analarının məsləhətləri ( 2 )

Qadınlar.biz analarının məsləhətləri ( 2 )
Qadınlar.Co
10.09.2017 29
Salam. Uşaqlar üçün olan layihəyə görə mən də öz məsləhətlərimi vermək istərdim.
İlk öncə müəllifə təşəkkürümü bildirirəm bu layihəyə görə. Mənim oğlumun 3 yaşı var. Bir az dəcəldir. Yəni nənəsigildə olanda ərköyünlük edir. Amma evə gələndə quzu balası kimi olur. Gərək ana övladına olmaz deyəndə nənə, baba qarışmasın. Onda uwaq fikirləşəcək ki, anam qışqıracaq, nənəm də razı olmayıb anamı danlayacaq. Ona görə də gərək müdaxilə olunmasın. Vərdiş etmişəm, oğlumu istər günorta, istərsə də axwam yatanda pijamasın geyindirirəm özü yatır. Həmişə eyni vaxtda yatır. Yeməyi də istəməsə məcbur etmirəm. Sonra özü gəlib deyir ki, yemək istəyirəm. Əgər uşaq yemək istəmirsə məcburiyyətlə yemək verməyin. Onda heç istəməyəcək. Hər istədiyini vermirəm. Başa salıram ki, o sənə olmaz, böyüklərə olar. Qonaq gedəndə heç vaxt süfrəyə el uzatmır. Öyrətmişəm ki olmaz, ayıbdır. Oğlumda qonaq gedəndə süfrəyə əl uzatmır, deyir evdə yemişəm. Bu çox yaxşıdı. Süfrəyə əl uzadan uşaqdan xoşum gəlmir. Tualetini də özü edir. Pampers istifade etmirəm. ALLAH hamının balasın saxlasın, hamıya sağlam övlad nəsib olsun. 
 Göndərən: qubali qiz

Qadınlar.biz analarının məsləhətləri ( 2 )


Mən ana deyiləm. Sadəcə olaraq evimizdə yaşayan əmim qızından yazdım. qız 2 yaş 3 aylıqdır. Çox şirin və dəcəl qızdır. Anasının sözünə heç baxmır. Yeməyi yemək istəmir, bir yerdə oturmur, yatmaqla heç arası yoxdur. Onun işi sadəcə gəzmək və yıxılmaqdır. Evimizin gül balası deyirik ona, çünki neçə illər sora evimizə gülüş gətirib. Məndə onu çox isdəyirəm. Adını da hətta mən qoymuşam. İstədim ki, adı Zəhra olsun. 
Arzu edirəm ki, Allah bütün xanımlara analıq duyğusu qismət etsin.
 
Göndərən: YAGMUR GOZLUM скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!