♥ Xoşbəxt İllər.. ♥

♥ Xoşbəxt İllər.. ♥
Qadınlar.Co
10.09.2017 59
  İllər öncə bir çiçək açdı yer üzündə..  :melek: 
 
Bugün dəyərli saytımızın, dəyərli istifadəçilərindən birinin və mənim xətrini çoox, çooox, çooox istədiyim, gözəl bacım, canım bidənəmin - Lonely_ nikinin Ad günüdür..
♥ Xoşbəxt İllər.. ♥
Gözəl bacım, səni çoxlu- çoxlu təbrik edirəm. Ad günün mübarək olsun. Deyirlər, arzular sonsuzdur. Doğrudan da, elədir. Mənim də sənə arzularım sonsuzdur.. Amma ən birincisi və ən önəmlisi sənə can sağlığı arzu edirəm. Çünki, həyatda insan üçün ən vacibi can sağlığıdır. Sonra sənə gözəl , xoşbəxt, sevgi dolu həyat arzu edirəm..
♥ Xoşbəxt İllər.. ♥
Sənin çox gözəl qəlbin var.. O qəlbin hər zaman sevinsin. O gözəl üzün daim gülsün. Ən əsasda gözlərinin içi gülsün. Çox sevdiyim bir cümlə var. Orda deyilir ki, " İnsanlar üçün ən gözəl hədiyyə heç bir məsrəfə ehtiyac göstərməyən şirin bir təbəssümdür". Arzu edirəm ki, çöhrəndən təbəssüm heç vaxt əksik olmasın. Hər zaman gül. Gül ki, o işığı ətrafına saça biləsən. Qoy, hər kəs parlaqlığını səndən alsın.  :melek: Həm, sən mənim də pozitiv enerji mənbəyimsən...=))
 
♥ Xoşbəxt İllər.. ♥
Buda biz..Sən və mən :11:

Bilirəm ki, sənin də arzuların var.. (p.s. Biz bu şəkli çəkdirəndə demişdin qulağıma=))..) Və mən arzu edirəm ki, sənin də o arzuların , xəyalını qurduğun və "kaşki" dediyin nə varsa, hamısı bu gün gərçəkləşsin, inşALLAH :melek: .. Qısacası, sənə hər şeyin ən gözəlini , ən özəlini arzu edirəm, gözəl bacım.. 
Bu gün dünyanı istədiyin bir rəngə boya,
Rəngarəng batan günü al, qarşına
Bir rəng də, özündən qat.
Uşaqlar kimi saf, təmiz və parlaq,
Yum gözlərini, bir hekayə yarat.
Bir az da istiliyini qat..
Qəlbindəki əlləri buraxma..sıxıca tut. 
Çünki, varlıqdır sevgiyə ən gözəl sübut.
Yalnızlığın səltənətini çək...amma, 
Yığılmış sevgindən hər kəsə bir parça ver.
Bir təbrik, bir zəng..min ümiddir insana,
Xoşbəxt illər, xoşbəxt illər sənə♥
Çooox danışdım deyəsən..=) Sonra elə bilərsən ki, hədiyyəmiz yoxdu.. Heç
səni hədiyyəsiz qoyarıq? Bu da hədiyyələrin.. Ümid edirəm ki, bəyənərsən=)

Arzu tut..Sonra söndür=))

 

 
♥ Xoşbəxt İllər.. ♥
 
♥ Xoşbəxt İllər.. ♥
 

 

 
♥ Xoşbəxt İllər.. ♥
 
 









 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!