Xoş gəldin İmran balamız

Xoş gəldin İmran balamız
Qadınlar.Co
10.09.2017 57
Avqust ayının 5 - i saytımızın qocaman useri Soledad ın ikinci övladı İmran  dünyaya gəldi :128: Onu öz adımdan və saytımız adından təbrik edirəm. Amma ilk təbrik İmran balamızındı :laylay:


Xoş gəldin İmran balamız



Gözəl balamız xoş gəlmisən dünyamıza. Rəbbim səni bədnəzərdən, pis insanlardan qorusun. Sağlam böyüyüb ata - ananın fəxri olasan quzum. Bu çətin həyatda inşallah ayağın büdrəməsin, hər zaman yaşıl işiq yansın yolunda. 


Xoş gəldin İmran balamız



İnşallah sənin gözəl xəbərlərini eşidib ana - atan fəxr etsinlər səninlə. Vətəninə layiq, igid, cəsur övlad olasan. Öpürəm sənin gül qoxan yanaqlarından çoxlu. Yarışmalara hazırlaş bu il sənin də pozalarına görmək istəyirəm, çoxlu məşq et :miwka:


Xoş gəldin İmran balamız



Soledad səni bir daha təbrik edirəm canım, gözü dolusu görəsən. Allah övladlarını sənə, səni də onlara çox görməsin. İsti nəfəsin həmişə üzərlərində olsun. Rəbbimin bir qadına bəxş etdiyi ən böyük xoşbəxtlik analıq hissidir. Bu da sənə qismət olub çox şükür. İnşallah övladlarının gözəl günlərini burda birlikdə qeyd edək :128:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!