XeyaleR ilə müsahibəm

XeyaleR ilə müsahibəm
Qadınlar.Co
10.09.2017 44
1.Salam Necəsən?

Salam gülüm, çox sağol Şükür Allaha


2.Özünü Qadınlar.Biz üzvlərinə təqdim et.
Xəyalə



3.Özün haqqında bizlərə nə məlumat verə bilərsən
22 yaş Bakıda yaşayıram, özümü tərifləmək olmasın şirin, səmimi, ünsiyyətcil, maraqli bir qızam  



4.Özündə sevdiyin və sevmədiiyin xüsusiyyətlərin?
Deyib gülməm, əliaçıq, ürəyi təmiz olmağım sevdiyim xüsusiyyətimdi, amma sevmədiyim, hər şeyə görə ağlamağım, hamıya tez inanmağımdi



5.Kompleksin var? Varsa nədi?
Demək olar yoxdu.Dünya gğzəli bir qızam  



6.Sevgi sənin üçün nədi?
Sevgi məni yaşamağa ruhlandıran bir hissdi



7.Sevdiyin var?
Həəə var  



8.Varsa. Onunla necə tanış olmusan? Bəs sevdiyin sənin sevgi kriteriyalarına uyğundur?
Vay, vay, vay. Ən qorxduğum sual.  Biz necə tanış olmağımızı hamıdan gizlətmişik, söz vermişik ki, bunu heç vaxt heç kimə deməyəcəyik, çünki çox utanıram bundan. Ailələrimizə belə yalan demişik  



9.Üstünlük verdiyin geyim tərzi?
Demək olar hər tərzdə geyinirəm



10.Geyimdə ən çox nəyə üstünlük verirsən?
Aksesuarlara



11.Ən çox alış-veriş etdiyin butiklər, yerlər haradı?
Ən çox Buzovnadan alış veriş edirəm, orda qəşəng türk geyimləri var, hərdən Romantikə gedərəm



12.Ən çox istifadə etdiyin aksessuar hansıdı?
Eynək, qolbaq, sırğasız bayıra çıxmaram



13.Hansı kosmetik vasitələrdən istifadə edirsən?
Demək olar hamısından, tonal kremdən başqa



14.İlk dəfə neçə yaşından kablok geyinməyə başlamısan? 
16 amma hələ də kablokda gəzə bilmirəm. Xüsusi yerlərə geyinirəm kablok



15.Ev işləri ilə aran necədi? 
Ev yığışdiırmaqdan, zəhləm gedir, amma xörək, şirniyyat bişirməkdən çox xoşum gəlir. Əlimin də duzu var, yemək istəyən qonaq gələ bilər bizə



16.Bir çox qız kimi sənə qarşı olunan hansı səhvi bağışlamarsan?
Xəyanəti



17.Həyatından razısan? Nəyi dəyişmək istərdin həyatında?
Tam da yox, yenədə Şükür bu günə. 5-6 il əvvəlki etdiyim səhvləri etməzdim



18.Məsələn nəyi dəyişərdin?
Məsələn, özümə yaxın bilib, inandığım adamlara inanmazdim



19.Zamanını necə keçirməyi sevirsən?
Sevdiyim insanla, birdə iki balaca şirin balam var, onlarla zamanımı keçirməyi çox sevirəm. Sözün düzü heç onların yanında zaman necə keçir bilmirəm



20.Həyat devizin? Məqsədin nədir bu həyatda?
Nə olursa olsun, başım dik yaşamaqdı. Hal-hazırda sevdiyim insanla ailə qurmaq, ana olmaq istəyirəm. Yaxınımda çox həmyaşıdım var ki artıq anadı, mən də istəyirəm  



21.Musiqi zövqün? Ən çox hansı janrda, kimlərə qulaq asırsan?
Ən çox, lirik mahnılara qulaq asıram, mənim üçün əsas mahnıdı, sözləri, musiqisi xoşuma gəldisə kimliyi önəmli deyil



22.Sənə ən gözəl hədiyyə nə ola bilər?
İstifadə etdiyim şeyləri hədiyyə edəndə sevinirəm. Əsasən geyim, aksesuar



23.Hansı ətirləri sevirsən?
Chanel 5, clima



24.Qarşındakı insanda fikir verdiyin ilk xüsusiyyət
Xasiyyəti və görünüşü! :D Birinci görünüşü cəlb etməlidi məni. Hər ikisi yaxşı olsa daha əla olar



25.Qadınlarla kişilərin haqlarının bərabər olmasını istərdin?
Bu dövrdə demək olar bərabərdir



26.Qadınlar.Biz-dən danışaq indi də. Bura gəlişin necə oldu?
Googledə məlumat axtarırdım, bu saytın adını gördüm



27.Saytın üzvlərindən kimləri çox istəyirsən?
Demək olar, yazışdığım hamını, mənə ən yaxın Mehdiyeva Cinare, Everything is ok, Aiwem, Pecenya. Kim yaddan çıxdısa bagışlasın



28.Adminkalarımız haqqında nələr deyə bilərsən?
Düzün desəm adminkalarla çox ünsiyyətim olmayıb



29. Ən çox sevdiyin bölmə?
Demək olar bütün bölmələrdə aktivəm, deməli hamısıını sevirəm



30.Ən çox bəyəndiyin sual?
Hamısını bəyəndim, nə çox bəyəndiyim sual sevdiyinlə necə tanış olmusan, çünki o sualı heç gözləmirdim



31.Hansı sualı verməyimi istərdin? Varsa elə cavabını da yaz :)

Bir daha dünyaya gəlsəydin nə olmaq istərdin???  Mən də cavab yazardım ki, bir daha dünyaya gəlməzdim скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!