Matanat ilə müsahibəm

Matanat ilə müsahibəm
Qadınlar.Co
10.09.2017 18
1.Salam Necəsən?
Aleykum salam



2.Özünü Qadınlar.Biz üzvlərinə təqdim et.
Adım Mətanət soyadım Aliyeva



3.Özün haqqında bizlərə nə məlumat verə bilərsən?
Evliyəm, 2 oğlum var



4.Özündə sevdiyin və sevmədiyin xüsusiyyətlərin?
Səbrliyəm, möhkəm iradəliyəm, sevmədiyim küsəyənəm



5.Kompleksin var? Varsa nədi?
Kövrəyəm, sulugözəm, biri ağlamağa hazərlaşanda mən artıq ağlayıram



6.Sevgi sənin üçün nədi?
Sevgi həyatdır. Sevgisiz insan məncə insan deyil



7.Sevdiyin var?
Yoldaşım



8.Varsa. Onunla necə tanış olmusan? Bəs sevdiyin sənin sevgi kriteriyalarına uyğundur?
Qonşu idik, bir-birimizi gördük, sevdik, çox xoşbəxtəm



9.Üstünlük verdiyin geyim tərzi?
Geyinməyin hər tərzin bəyənirəm



10.Geyimdə ən çox nəyə üstünlük verirsən?
Bir geyim mənə yaraşırsa dəbdə olmasa da onu geyinəcəm, amma bir şey var ki, qardirobumda ətək yoxdu



11.Ən çox alış-veriş etdiyin butiklər, yerlər haradı?
İndi mərkəzlər maşallah çoxalıb, demək olar ki, xoşuma gələn hər yerdən



12.Ən çox istifadə etdiyin aksessuar hansıdı?
Eynəkləri çox sevirəm



13.Hansı kosmetik vasitələrdən istifadə edirsən?
Kosmetikasız günüm olmasın



14.İlk dəfə neçə yaşından kablok geyinməyə başlamısan? 
Özümü tanıyandan anamın, evə gələn qonaqların ayaqqabıların geyinib fors edərdim, sonra 15 yaşında ilk dəfə dərsə geyinib getdim

15.Ev işləri ilə aran necədi? 
Çox sevirəm, nə vaxtsa milyonçu olsam evimdə qulluqçu saxlamaram



16.Bir çox qız kimi, sənə qarşı olunan hansı səhvi bağışlamarsan?
Yalanı, xəyanəti, kim olursa olsun bağışlamaram



17.Həyatından razısan? Nəyi dəyişmək istərdin həyatında?
Bəli, xoşbəxt anayam, sevimli qadınam, anamın ağıllı qızıyam(özü mənə bu adı verib)



18.Məsələn nəyi dəyişərdin?
Həyatımda atasız illərimi dəyişib imkanım olsaydı onu yenidən qaytarardım, amma bu mümkün deyil, Allahın işinə qarışmaq olmaz, tanrım 

bütün dünyasını dəyişənlərə rəhmət etsin, Amin



19.Zamanını necə keçirməyi sevirsən?
Ailəmlə istirahət etməyi çox sevirəm, tək vaxt keçirməyi sevmirəm



20.Həyat devizin? Məqsədin nədir bu həyatda?
Həmişə nümunəvi olmaq, məqsədim layiqli övlad böyüdməkdir


21.Musiqi zövqün? Ən çox hansı janrda, kimlərə qulaq asırsan?
Oyyyyy, yaralı yerimə toxunduz, musiqi mənim həyatımdı, axı mən Qarabağlıyam, musiqi beşiyi olan Şuşadanam, amma atam qoymadı musiqiçi olmağa, anamın istəyi ilə tibb bacısı oldum, razıyam, insanlara şəfa vermək özü bir xoşbəxtçilikdir



22.Sənə ən gözəl hədiyyə nə ola bilər?
Hədiyyənin dəyəri önəmli deyil, onu verən insan mənim üçün dəyərli olmalıdı



23.Hansı ətirləri sevirsən?
Bütün qadınlar kimi fransız ətirlərini çox sevirəm



24.Qarşındakı insanda fikir verdiyin ilk xüsusiyyət
Xasiyyəti və görünüşü!:)
Mən gülərüz insanam, səmimiyəm, açıq danışmağı sevirəm, özüm kimisini də dəyərləndirirəm, amma görünüş mənə önəmli deyil, ən eybəcər insanı xasiyyətinə görə sevə bilərəm



25.Qadınlarla kişilərin haqlarının bərabər olmasını istərdin? 
Məncə bu artıq belədi, bəlkə də hələ qabaqdayıq(kişilərin qulaqlarından uzaq)



26.Qadınlar.Biz-dən danışaq indi də. Bura gəlişin necə oldu?
Danışaq, mən internetə mob telefonla girirəm, gördüm maraqlandım və üzv oldum, çox da razıyam



27.Saytın üzvlərindən kimləri çox istəyirsən?
Mən nevroloji şöbədə işləmişəm, az-çox insan psixologiyasıynan tanışam, o üzdən qızların cavablarından onların xasiyyətini oxuya bilərəm, hamısı səmimidi, İnşALLAH daha yaxından tanış olarıq


28.Adminkalarımız haqqında nələr deyə bilərsən?
Hamısını bəyənirəm, Allah hamınızı qorusun



29.Ən çox sevdiyin bölmə?
Hamısı



30.Ən çox bəyəndiyin sual?
Hamısını bəyəndim, sevə-sevə də cavab verdim



31.Hansı sualı verməyimi istərdin? Varsa elə cavabını da yaz :)
İnsanlar niyə nankorlaşıb? Cavab: Deyəsən axilirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!