3W.Qadinlar.Biz userleri sizin usaqliq leqebiniz ne olub?

3W.Qadinlar.Biz userleri sizin usaqliq leqebiniz ne olub?
Qadınlar.Co
10.09.2017 4
Uşaq olanda bəlkə də hamımıza birinci növbədə oxşatmaq məqsədi ilə müxtəlif ləqəblər qoyulur. Evdə qoyulan ləqəb vaxt keçdikcə hamı tərəfindən adı əvəz edir... Və bizi adımızdan çox bu ləqəblə çağırırlar. Bəzən də sadəcə bir adam bizə belə səslənir... Bu ləqəblər bəzən çox maraqlı və qeyri-adi olur... Kimilərinə isə ətrafındakı uşaqlar, dost, tanış qoyur bu ləqəbi. Və elə o ləqəblə də tanınırıq... Bəzən bu ləqəblər xoşa gəlməz olur. Səni bu ləqəblə çağırmaları sənin heç xoşuna gəlmir. Amma bəzən isə tam əksi... Hər dəfə səni bu ləqəblə kimsə səsləyəndə gülümsəyirsən... Adınla çağırılmaqdan çox belə çağırılmaq sənin daha çox xoşuna gəlir. Bəzi hallarda isə bir çox insanlar valideynləri tərəfindən onlara qoyulan adları bəyınmədikləri üçün özlərinə qısa ləqəblər seçir, hər kəsin onları bu ləqəblə çağırmasını istəyir. Zaman keçdikcə isə uşaqlıqda verilən adlardan daxili kompleks keçirdikləri üçün imtina edib özlərinə yeni ad seçənlər belə tapılır


Bəs sizin necə, hər hansısa bir ləqəbiniz olubmu?
Bu ləqəbi sizə kim qoyub?
Ləqəbinizdən xoşunuz gəlirdimi?...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!