Toy gününüz mübarək

Toy gününüz mübarək
Qadınlar.Co
10.09.2017 2 164
Bu gün Zəhra Həmid adlı userimizin bacısı Şəbnəmin toy günüdür.

Onları saytımız adından təbrik edirik. İnşALLAH bir ömür xoşbəxt olarsız.



 Şəbnəm və Samir bir birinizə hər zaman ilk günki sevgi ilə baxmanızı diləyirəm.

Həyat elədir ki, bəzən insanları sınağa çəkir. İnşALLAH sizdə

bu sınaqlardan hər zaman yaxşı çıxarsınız.

Hər zaman əl-ələ bir birinizə dayaq, dəstək olun.



 Bu gün həyatınızda ən önəmli günlərdən biridir. Sevgi gözəl bir duyğudur.

İnşALLAH bu sevgi yolunda heç vaxt büdrəmərsiz. Daima sevginiz qarşılıqlı olsun.

Ailədə ən əsası hörmət və qayğıyla bir birinizə yanaşasız.


Toy gününüz mübarək
 

Uşaq evin sevinci, səadətidir deyərlər. Məndə arzu edirəm ki, gələn il bu vaxt

evliliyinizin bir illiyini körpənizlə qeyd edəsiz.



 Gələcəyinizi düzəldən hər yeni gün, bir əvvəlkindən daha gözəl,

istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun!

Arzu edirəm həyatın bütün çətinlikləri sizdən uzaq olsun! Xoşbəxt olun.!


Toy gününüz mübarək
 Unutmayın ki paylaşdıqca çoxalan tək şey sevgidir, evlilik kimi

bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizin həmişə çoxalmasını diləyirəm.

Xoşbəxt bir həyat diləyiylə. Təbriklər.


Toy gününüz mübarək
  Zaman çox qısa, həyat boyu birlikdə olmağa söz verdiyiniz bu gündən etibarən

bir-birinizin ürəyini qırmamağa və həmişə sevgi dolu qalmağa diqqət edin.

Birləşən əlləriniz və ürəkləriniz bir-birindən heç ayrılmasın.

Bir həyatı bütün gözəllikləriylə paylaşın. Xoşbəxt olun.


Toy gününüz mübarək
 

Toy gününüz mübarək
 


 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!