"Bu gün nə geyinsəm?" adlı layihəyə start verildi

Qadınlar.Co
10.09.2017 25
Azərbaycanda ilk dəfə "High Life Fashion & Model Academy” və "Qadınlar.biz” saytının birgə təşkiltaçılığı ilə "Bu gün nə geyinsəm?" adlı layihəyə start verildi.
Bu haqda şirkətin baş direktoru Aqil Məmiyev və "Qadınlar.biz"in icraçı direktoru Vüsal Məmmədov ətraflı məlumat verib.

"Bu gün nə geyinsəm?"
layihəsinin məqsədi cəmiyyətə düzgün zövqlə geyinməyi, ən son dəblə ayaqlaşmağı, gündəlik geyimlərdən düzgün istifadə etməyi və s. izləyicilərə çatdırmaqdır. Layihə 18 oktyabrdan etibarən başlayacaqdır. "High Life Fashion & Model Academy"nin modelləri ilə yanaşı kastinq yolu ilə seçilən ən zövqlü bəy və xanımlar geyimləri ilə yanaşı saç dəblərini də nümayiş etdirə biləcəklər.
Şirkətin baş direktorunun sözlərinə görə, ilk həftə üçün nəzərdə tutulmuş qız və oğlan modellər artıq seçilib. Hər həftə 4 qız və 3 oğlan modeldən ibarət olan layihənin çəkilişləri iki gün ərzində baş tutacaqdır. Proyektin çəkilişləri şirkətin fotoqrafı Orxan Mustafa tərəfindən həyata keçriləcəkdir.

Yaşı 16-dan 26-ya kimi olan hər bir zövqlü Xanım və Bəylər layihədə iştirak etmək üçün müraciət edə bilərlər.

Əlaqə vasitələri:
Tel.: (050) 535-38-45
      (055) 939-08-41
E-mail: [email protected]
         [email protected]


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!